Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilen açıqlamaya görə Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlarında 80 milyard ton neft olduğu ehtimal edilməktədir. Azərbaycanın rəsmi olaraq təsdiqlənmiş 30 milyard ton nefti, ümumilikdə isə 80-100 milyard ton neft ehtiyatına sahib olduğu bildirilir. Verilən bu göstəricilərə görə Azərbaycanın neft ehtiyatları, dünya neft ehtiyatlarının təxminən 0.7 faizini təşkil etməktədir. Azərbaycanın faaliyətdə olan təbii qaz yataqlarındakı qaz ehtiyatlarının həcmi isə 200 milyard m3-dir. Son günlərdə dünya bazarında neftin qiymətində kəskin azalma müşahidə olunmaqdadır. Neftin qiyməti təxminən 55-60 dollar arasında dəyişir. Bildiyimiz kimi bizim ölkə iqtisadiyyatımızda ixracımızın təxminən 92 %-ni neft və neft məhsulları təşkil edir. Ona görə də dövlət başçısı İlham Əliyev ixrac yönümlü məhsulların miqdarının artırılması ilə bağlı hökumət qarşısında məsələ qoyub və bu məlumatları söyləmişdir:
“…Bunun üçün Azərbaycana yeni texnologiyalar, istehsalat sahələri gətirilməlidir ki, ölkəmiz rəqabətə davamlı məhsullar istehsaledə bilsin. Düzdür, neftimiz, qazımız var, amma Azərbaycanın ixrac etməli olduğu ən ciddi məhsullarından biri kənd təsərrüfatı məhsullarıdır. 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Kənd təsərrüfatında ixrac edilən məhsullarımız çoxdur. Həm özümüzü təmin edə bilirik, həm də ixrac edə bilirik. Amma bunun emalı, qablaşdırılması kimi problemlər var”.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Mərkəzi Bankdan verilən məlumata görə, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
Mərkəzi Bank tərəfindən verilən açıqlamada ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırılması nəzərdə tutulur. Həqiqətən də bu strategiyanın Azərbaycan iqtisadiyyatında tətbiq olunması dövlətin xarici və daxili iqtisadiyyatının inkişafına müsbət təsir edəcəkdir. Çünki xarici və daxili iqtisadiyyatımızda rəqabət olduqca zəifdir. Bunun əsas səbəbi isə ölkəmizin neftdən daha çox asılı olmasıdır. Rəqabət qabiliyyətimiz o baxımdan aşağıdır ki, ixracımızın 93 faizi neft və neft məhsullarının, 7 faizi isə qeyri-neft sektorunun payına düşür. Buna görə de günümüzdə qeyri neft sektorunda fəaliyyət göstərən kiçik və böyük sahibkarlığın inkişafına önəm vermək lazımdır. Əgər ölkə iqtisadiyyatında yeni sahibkarlıq fəaliyyətlərinin çoxalmasına və inkişafına təşviq edilərsə bu təşviq planı iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasına önəmli dərəcədə təkan verəcəkdir. Bunun sayəsində Azərbaycanın ölkə iqtisadiyyatı neft sektorundan aslı qalma sendromundan xilas olacaq və iqtisadiyyatın şaxələnməsində mühüm rol oynuyacaqdır. Çünki illər sonra Azərbaycanın mövcud neft ehtiyatı tükənərsə iqtisadi-sosyal problemlərin həlli yolu kimi qeyri neft sektorlarından - istər kiçik, istərsə də böyük sahibkarlıq fəaliyyətlərinin reallaşdığı sektorlardan istifadə etmək mümkün olacaq. Bunun üçün də indidən qeyri neft sektorlarının sayının artmasında və inkişafında önəmli dərəcədə rol oynayacaq lazimi tədbirlərin görülməsi ciddi şəkildə düşünülməli və öncədən kağız üzərində planlar cızılıb sonra isə düzgün yolla seçilmiş səmərəli planlar həyata keçirilməlidir.