Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Sosial şəbəkələr, internet, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əlaqə yaratmaqdan tutmuş, yeni informasiya əldə etməyə qədər sosial şəbəkə köməyimizə gəlir. Bəzən saatlarla, hətta günün yarısını virtual əlaqə yaratmaq üçün Facebook, Whatsapp, İnstagram-da aktiv oluruq.

 

Maraqlıdır, demək olar ki, bizi özündən aslı hala gətirən sosial şəbəkə anlayışı olmazsa, daha doğrusu sosial şəbəkələr həmişəlik çökərsə hansı vəziyyətə düşərik? Bunun insanlara mənfi təsiri olar, yoxsa heç nə olmamış kimi gündəlik həyatımıza davam edərdik?

 

Bu mövzuda Modern.az-a danışan psixoloq Gülər Məmmədova suala belə aydınlıq gətirib:

“Elə bir zamanda yaşayırıq ki, insanlar öz hiss və emosiyalarını yalnız sosial şəbəkə, internet üzərindən biruzə verə bilirlər. Bu da insanlarda duyğusal, emosional aslılıq yaradır. Sosial şəbəkələr insanlarda artıq orqanik bir prosesə çevrilib. Orqanik dedikdə yəni vəziyyətin belə olması insan psixologiyasına oturuşub. Sevgi, iş, dostluq münasibətləri, valideyn-övlad münasibətləri sırf sosial şəbəkə, telefon üzərindən həyata keçirilir. Belə olduğu üçün də insanlar asılı olduğu mexanizmin çökməsini gördükdə həyəcan keçirir. Biri var narkotik, spirtli içkilərdən aslılıq, biri də var bu cür aslılıq. Virtual ünsiyyətdə yaranan hər hansı mənfi hal psixoloji aspektdən insanların həyatına birmənalı olaraq təsir edir”. 

 

Psixoloq deyir ki, sosial şəbəkələr birdən ləğv olunsa, insanlar güclü stress keçirə bilər.

“Təbii ki, uzun müddət vərdiş etdikləri  bir anlayış olmazsa, bu, insanlara ciddi şəkildə təsir edəcək. Mövcud duruma öyrəşmək çətin olsa da, zamanla onlar bu hala adaptasiya olacaqlar. Alternativ hal düşünüb, vəziyyətdən çıxmağa çalışacaqlar. Çünki indi insanlar rahatlığa, hər şeyi asanlıqla əldə etməyə alışıb”.

 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, sosial şəbəkələrin çökməsi təkcə insanlara yox, bütün cəmiyyətə mənfi təsir göstərərdi.

 

“İndi təkcə adi, fiziki şəxslər sosial şəbəkə istifadəçisi deyil. İnkişaf o səviyyədədir ki, dövlət, özəl, vətəndaş cəmiyyəti, biznes, xidmət - bir sözlə hər şey bura inteqrasiya edib. İndi birdən sosial şəbəkələr yoxa çıxsa, onun üzərindən xidmət, biznes mümkün olmayacaq. Bu aspektdən yanaşmaq daha doğrudur. Sonda vətəndaşlar arasında hansısa bir informasiya münasibətlərində problem ola bilər. Lakin gündəlik birgə yaşayış qaydalarımız, həyati proseslər var. Burada da tibb, təhsil, maliyyə və s. var. Düşünürəm ki, biz sosial şəbəkələrin qayğısına qalmalıyıq, dövlət onu inkişaf etdirməlidir. Sosial şəbəkənin faydalı tərəflərindən istifadə etməliyik. Çünki sosial şəbəkə artıq bizim virtual həyatımız yox, gündəlik həyatımıza çevrilib. Həyat dediyimiz yeri də səliqəyə salmalı, qədrini bilməliyik”.

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda