Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Azərbaycanda “Huawei” kəskin ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanda “Huawei” kəskin ucuzlaşa bilər? - AÇIQLAMA

Son günlər Çinin “Huawei” şirkətinə məxsus telefonlarla bağlı söz-söhbət səngimək bilmir. Məsələ o qədər şişib ki, şirkətin məhkəməyə müraciət etməsinə qədər gedib çıxıb.

Buna səbəb isə bir müddət əvvəl bu telefonların tətbiq yenilənməsinin məhdudlaşdırılması ilə bağlı xəbərlərin yayılmasıdır. 

Belə ki, ABŞ Prezidenti Donald Tramp “Huawei” şirkətini “qara siyahı”ya salıb. Bu səbəbdən “Google”, “İntel” və başqa şirkətlər “Huawei” ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb. Belə olan halda isə həmin mobil telefonlarda tətbiq yenilənmələri dayana bilər.

 

Bu, sözügedən şirkətin telefonlarının qiymətində kəskin ucuzlaşmaya səbəb olub.

Bu gün Azərbaycanın mobil telefon bazarında ən çox satılan telefonlardan birinin “Huawei” olduğunu nəzərə alaraq, Oxu.Az-ın əməkdaşı yerli bazarda qiymətlərdə hansı “oynamalar”ın olduğunu öyrənməyə çalışıb.

Mövcud problem Azərbaycanın telefon bazarındakı vəziyyətə necə təsir göstərəcək? Qiymətlərdə ucuzlaşma müşahidə ediləcəkmi?

Məsələ ilə bağlı “Huawei” şirkətinin Müəssisə Kanal Meneceri Emil Yeroxin Oxu.Az-a açıqlama verərək bildirib ki, mövcud problem Azərbaycan bazarına heç bir mənfi təsir göstərməyəcək:

“Son günlər mediada tirajlanan məlumatlar şirkətimizin istehsalı olan mobil telefon istifadəçilərini narahat etməsin. Biz hər zaman olduğu kimi öz öhdəliklərimizi yerinə yetirir və ştat rejimində fəaliyətimizi davam etdiririk. Bazarı inkişaf etdirməyə davam edirik. Bu, sadəcə, ABŞ və şirkətimiz arasında yaranmış anlaşılmazlıqdır. Biz ümid edirik ki, qısa zaman çərçivəsində bu problem tam olaraq aradan qaldırılacaq”.

Smartfonların tətbiq yenilənmələrinin dayandırılmasına münasibət bildirən E.Yeroxin qeyd edib ki, satılan bütün telefonlara 3 aylıq lisenziya verilib:

“Google” şirkəti tərəfindən “Huawei”yə 3 aylıq lisenziya verilib. Bu 3 ay ərzində satılan bütün telefonlar tam işlək vəziyyətdə olacaq. Bu kiçik anlaşılmazlıq 1-2 aya öz həllini tapacaq. Heç bir narahatlığa əsas görmürük.

Tətbiqlərdə heç bir problem yoxdur. İnanmıram ki, bu məsələ gələcəkdə hər hansı bir problem yaratsın. Anlaşılmazlıq qısa zamanda öz həllini tapacaq”.

 

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda