Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Yaxın 2-3 ayda neftin qiymətinin 75 dollar/barelə çatacağı pronozlaşdırılır

  • Published in Dünya

Son günlər dünya bazarında neftin qiymətinin artması ABŞ-da xam neft ehtiyatlarının bir həftədə proqnozlaşdırılan 4,057 mln. barelə qarşı cəmi 1,294 mln. barel artması ilə bağlıdır. Həmin dövrdə benzin ehtiyatının azalma həcmi proqnozu 10,4 dəfə üstələyərək 2,072 mln. barel olub.

Report" xəbər verir ki, bunun nəticəsində "Brent" markalı neft aprelin 15-də 5,85% artaraq günün sonunda 63,31 dollar/barelə qədər bahalaşıb. ABŞ Energetika İnformasiyaları Agentliyinin (EİA) verdiyi məlumata görə, Şimali Dakotadakı yataqlarda gündəlik neft hasilatı 15 min barel azalıb. Baxmayaraq ki, bu bölgədə quyuların sayı hazırda tarixi maksimum həddədir.

Qeyd edək ki, Şimali Dakotada "Bakken" və Texasda "Eagle Ford" yataqları əsas şist neft yataqları hesab olunur. Agentlik may ayında ABŞ-da hasilatın daha 30 min barel azalacağını proqnozlaşdırır.
"Baker Hughes" şirkətinin məlumatına görə, neft yataqlarında işlək vəziyyətdə olan qazma qurğularının sayı aprelin 3-10-da 42 ədəd azalaraq 760-a enib. Qeyd edək ki, 2014-cü ilin avqust -sentyabr aylarında işlək qurğuların sayı 2 031 olub.

"Report" agentliyinin analitik qrupu hesab edir ki, daha öncə qeyd olunduğu kimi, yaxın 2-3 ayda "Brent" markalı neftin qiyməti 75 dollar/barel səviyyəsinə qədər artacaq. Yaxın 5 ildə isə neftin qiymətinin 40-80 dollar/barel diapazonunda dəyişəcəyi ehtimal olunur.

Read more...

Azərbaycan əhalisi nağd dollar alışını kəskin artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan əhalisinin ölkədə fəaliyyət göstərən kommersiya banklarından nağd ABŞ dollarının xalis alışı 3 419 340,5 min dollar təşkil edib. Fevral ayında əhalinin banklardan xalis dollar alışı 2 500 639,4 min təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

"Report"un məlumatına görə, yanvar-fevral aylarında əhalinin xalis avro tələbi 199 996,5 min avro olub. Yanvar ayında əhali banklardan nağd olaraq xalis 95 686,2 min, fevralda isə 104 310,4 min avro alıb (aylıq artım - 9%).

Bununla yanaşı, hesabat dövründə əhali əksinə, xalis Rusiya rublu satışı həyata keçirib. Bu müddətdə əhali banklara xalis 451 500,7 min rubl satıb. Yanvarda xalis satış 254 550 min, fevralda isə 196 950,6 min rubl olub.

Ümumiyyətlə, fevralda daxili bazarda aparılan valyuta əməliyyatlarının həcmi 8 996,249 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə təxminən 2,9 dəfə çoxdur.
Qeyd edək ki, fevralın 21-də Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34%-lik devalvasiyasını həyata keçirib.

Read more...

Dollar yenə bahalaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Bankın verdiyi məlumata görə, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0483-dən 1.0485 AZN-ə yüksəlib. Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb.

Avropanın vahid valyutası 1.1730 AZN-dən 1.1676-a qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0202-dən 0.0201manata qədər ucuzlaşıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda