Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

İranda İnqilab Keşikçiləri Qvardiyasının daha iki əsgəri öldürüldü

  • Published in Dünya

İranın Pakistan sərhədində yerləşən Bəlucistan əyalətində İran İnqilab Keşikçiləri Qvardiyasının 2 əsgəri öldürülüb.
Avropa.info xəbər verir ki, məlumatı İranın ISNA agentliyi yayıb.

Məlumata görə, İranın cənub-şərqindəki Bəlucistan əyalətinin Mehristan şəhərində İran İnqilab Keşikçiləri Qvardiyasının 2 əsgərinin öldürüldüyü bildirilir.
Öldürülən əsgərlərin adlarının Mürtəza Məhəmməd Bakiri ilə Məhəmməd Süleymanı olduğu qeyd edilir.
Qeyd edək ki, iki həftə öncə , İranın Ahvaz əyalətində İran rejiminə qarşı keçirilən aksiyalardan sonra, ölkənin ərəblər yaşayan bölgələrində İran əsgərlərinə davamlı hücumlar edilir.

Read more...

İran mallarını Azərbaycan bazarına çıxarmaq istəyir

İranın Mazandaran əyalətinin “Cuybar boru və profil “ zavodu 2015-ci ildə Azərbaycan bazarına daxil olmaq istəyir və bu məqsədlə özünə tərəfdaş axtarır. Bunu Cuybar boru və profil zavudunun direktoru Yarəli Rzaian Cuybar şəhərində səfərdə olan Azərbaycanlı jurnalistələrə açıqlamasında deyib.

Y.Rzaian deyib ki, hazırda Azərbaycan bazarına daxil olmaq üçün vəziyyəti öyrənirik. “Azərbaycanlı iş adamları ilə danışıqlar aparırırq. Həmçinin öz məhsüllarımızı oradakı bazara təqdim etmək üçün Azərbacyanda keçiriləcək inşaat materiaları sərgisində iştirak etmək istəyirik.”

Cuybar boru və profil zavodunun fəaliyyətindən danışan Y.Rzaian deyib ki, zavodun istehsal etdiyi məhsulların 90 faizi ixrac olunur və bu məhsulun digər zavodların istehsalından fərqi ondadır ki, daha gec korroziya uğrayır və beynəlxalq standartlara uyğun məhsul istehsal edirik.

Onun sözlərinə zavodun məhsulları əsasən Orta Asiya ölkələrinə o cümlədən İraq, Əfqanııstan, Tacikistan, Özbəkistan və Qafqazda isə Gürcüstana ixrac olunur. “Azərbaycanla əməkdaşlıq etmək üçün razılıq olarsa biz öz filialımızı da orada açmağa hazırıq”.

Azərbaycanlı jurnalistlər Mazandaran əyalətinin Cuybar şəhərinin digər bir neçə zavod vvə məüssisələrində oldular. Onlardan kisə istehsalı edən Keşavərz şirkətini nümunə göstərmək olar. Bu şirkət ötən il Azərbaycana 100 ton kisə ixrac edib, bu il isə bu rəqəm 30 ton təşkil edib.

Read more...

İran Səudiyyə Ərəbistanına uçuşa qadağa qoydu - Gərginlik artır

İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İran vətəndaşlarına qarşı cinsi təcavüz iddiaları ilə bağlı günahkarlar məhkəməyə çıxarılana qədər Səudiyyə Ərəbistanına ümrə uçuşlarına qadağa qoyulub.

Xatırladaq ki, vizalarında problem olduğu üçün ötən həftələrdə Ciddə hava limanında qalan iki iranlı gəncə təcavüz edilməsi, dünən isə İran hava yollarına məxsus İsfahan-Ciddə istiqamətində qalxan təyyarəyə eniş izni verilməməsi iki ölkə arasındakı gərginliyi daha da artırıb. İran daxili işlər nazirini köməkçisi təcavüzdə şübhəli bilinən hava limanı işçilərinin saxlanıldığını desə də İran bu gün verdiyi qərarla ümrə uçuşlarını dayandırıb.

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda