Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

"Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağbölgəsində insan hüquqlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir".

Bunu "Report"a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib. 

"İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz.

Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər",- XİN rəsmisi əlavə edib. 

 

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda