Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Səudiyyə Ərəbistanı Yəmən sərhədinə qoşun yeritdi

Səudiyyə Ərəbistanı  Xarici İşlər naziri Faysalın  "Yəməndəki münaqişə  dinc həll olmasa, lazım olanı edəcəyik" açıqlamasının ardından Yəmən sərhədinə ağır silah, tank və digər hərbi avadanlıqları toplamağa başlayıb.

Avropa.info  Reuters-ə istinadən xəbər verir ki,  İran dəstəkli şiə husilərin Yəmənin cənubunda hakimiyyəti zorla ələ keçirməsindən və 2 gün öncə, buna qarşı etiraz aksiyası keçirən xalqa qarşı silah tətbiq etməsindən sonra, ölkənin qanuni prezidenti Hadi proseslərin belə davam edəcəyi təqdirdə, hava hücumları həyata keçirəcəklərin i açıqlayıb.

Səudiyyə Ərəbistanının  Müdafiə naziri Məhəmməd bin Salman bin Abdulaziz isə, dünən ölkənin Yəmən sərhədində yerləşən hərbi gücü və təchizatlarını şəxsən  yoxlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri  Faysal  isə Yəməndəki böhranın dinc yollarla həll edilməməsi halında region ölkələrinin təcavüzə qarşı lazımi addımları atacağını deyib.

"Yəməndəki münaqişənin siyasi və sülh yolu ilə həll edilməsini ümid edirəm, amma bu baş verməsə region ölkələri təcavüzə qarşı lazımi addımları atacaqdır.  Yəmənin  dövlət başçısı Mənsur Hadiyə dəstək verəcəyik. Bunu yalnız bir tərəfi müdafiə etmək üçün deyil, Yəmənin  sabitliyini təmin etmək üçün edəcəyik."

Qeyd edək  ki,  İran, Yəməndə şiə husilərin  paytaxt maddi və  hərbi dəstək verəcəyini açıqlayıb. Səudiyyə  Ərəbistanının isə məhz bu səbəbdən manaqişəyə müdaxilə edəcəyi gözlənilir. Qərb ölkələri və BMT isə Mənsur Hadini qanuni prezident kimi tanısa da, husiləri terrorçu təşkilat elan etməyib. Müşahidəçilər bunu son zamanlar ABŞ-la İran arasındakı münasibətlərdəki istiləşmə ilə əlaqələndirirlər. Xatırladaq ki, iki gün öncə, ABŞ  "Hizbullah"ı da terror siyahısından çıxardığını bəyan edib.

 

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda