Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

“Elman dayının kitab mağazası” təmirə bağlandı - Onlayn satış da olacaq

“Elman dayının kitab mağazası” təmirə bağlandı - Onlayn satış da olacaq

Uzun illərdir İçərişəhərdə “Elman dayının kitab mağazası” kimi tanınan kitab evi təmirə bağlanıb. Kitab evinin təmirdən sonra “book-cafe” kimi fəaliyyətə başlayacağına dair səslənən fikirlər kitab evinin daimi sakinlərini narahat edir. Mağazanın sahibi Elman Mustafayev isə bu ilin fevral ayında dünyasını dəyişib.

Oxu.Az məsələnin mahiyyətini öyrənmək üçün Elman Mustafayevin qızı Ayla Mustafayeva ilə əlaqə saxlayıb.

A.Mustafayeva saytımıza açıqlamasında bildirib ki, kitab evində aparılan təmir-bərpa işləri ilin sonuna kimi tamamlanacaq:

“İlin sonuna kimi ənənəni pozmadan, kitab evini gözəl və mədəni istirahət məkanına çevirməklə, həm kitab evi, həm də kafe kimi fəaliyyətini davam etdirməsini planlaşdırırıq.

Müasir həyatın trendlərinə uyğun olaraq, məkanda köhnə və müasir kitabların satışı ilə bərabər, onlayn kitab satışı da heyata keçiriləcək. İnanırıq ki, İçərişəhərin ən gözəl məkanlarından biri olan Kitab Evi tez bir zamanda yenilənib, qapılarını üzümüzə açacaq”.

 

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda