Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

”Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu Dəyirmi Masa keçirib

 Bu gün ”Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu “Babək haqqında mülahizələrin milli ideologiyanın qorunmasına mənfi və müsbət təsirləri” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirib.

Dunyamedia.az xəbər verir ki, tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açdı. O, bildirdi ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. İndiyədək 11 kitab nəşr edərək müzakirəyə təqdim etdiklərini bildirən V. Zifəroğlu, bu ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğuladı.

Mövzu ilə bağlı çıxış edən “Oğuz”MAQ İdarə Heyətinin üzvü, araşdırmaçı Ceyhun Bayramlı qeyd etdi ki, Azərbaycanın milli ideologiyasının təməl prinsipi olan Azərbaycançılıq və vətənpərvərlik prinsipləri IX əsrdə işğala qarşı xalq azadlıq hərəkatına öndərlik etmiş Babək Xürrəminin Azad Azərbaycan ideyaları ilə üst üstə düşür. O, çıxışında, Babəkin sıradan bir üsyan başçısı yox, əslində Azərbaycan 22 il ərzində mövcud olmuş, heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin hökmdarı olması faktlarla vurğuladı.

Çıxışda Babək barədə bu günədək geniş elmi ictimaiyiyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə toxunuldu.

Məruzəçidən sonra çıxış edən qonaqlar müstəqil Azərbaycanımızın milli ideologiyasının formalaşmasında Babək Xürrəmi şəxsiyyətinin və ideyalarının yeri və rolu barədə fikir və mülahizələrini səsləndirdilər. Tədbir maraqlı diskussiyalar və polemik çıxışlarla yadda qaldı.

Sonda çıxış edərək tədbir iştirakçılarına təşəkkür edən V. Zifəroğlu sentyabrda daha bir dəyirmi masa təşkil edəcəklərini bildirdi.

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda