Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Əsədin Türkiyə planının üstü açıldı – Türkiyəyə hücuma keçmək istəyir

Türkiyə kəşfiyyatı Əsədin xüsusi təlim keçirilmiş minlərlə məhkum vasitəsilə Türkiyədə xaos yaratmaq planını olduğunu aşkarlayıb.

Avropa.info xəbər verir ki, bu iddia ilə Türkiyənin "Sabah" qəzeti çıxış edib. Qəzetdə yayılan xəbərə görə Türkiyə tərəfi "Şah Fırat" əməliyyatından sonra Suriya ilə sərhəddə yerləşən Öncüpınar və Cilvegözü sərhəd keçid məntəqələrində giriş-çıxışları məhdudlaşdırıb.

Məsələylə bağlı Türk Silahlı Qüvvələri də Suriya sərhədini güclü nəzarətə götürüb. Ankarada keçirilən yüksək səviyyəli toplantıda müzakirə olunan məlumatlarda Bəşər Əsədin Türkiyədə seçkiqabağı xaos yaratmaq istədiyi bildirilir. 

Kəşfiyyatın əldə etdiyi məlumatlarda minə yaxın məhkumun zorla təlim keçdiyi bildirilir. Bu məhkumların yaxın günlərdə azadlığa buraxılacağı gözlənilir. 

Onlardan bir qismi müxaliflərə qarşı döyüşlərdə istifadə olunacaq. Digər qismi isə Türkiyəyə sızaraq qanlı əməliyyatlarda iştirak edəcək. 

Xatırladaq ki, 2013-cü ilin may ayının 11-də Türkiyənin Reyhanlı rayonunda iki partlayış baş vermişdi. Partlayışlar zamanı 52 nəfər mülki şəxs həlak olmuş 146 nəfər isə yaralanmışdı. 

İddialara görə Əsəd seçkiqabağı Türkiyədə yenidən buna bənzər əməliyyatlar keçirməyi planlaşdırır.

 

Read more...

CHP-dən növbəti bir şok – Erməni siyasətçi namizəd göstərildi

  • Published in Dünya

Türkiyədə siyasi partiyalar yaxınlaşan parlament seçkiləri üçün namizədlərin siyahısını hazırlayıb.

Avropa.info xəbər verir ki, siyahını dəqiqləşdirmək üçün dünən toplaşan Cumhuriyyət Xalq Partiyasında (CHP) namizədliyi gözlənilən bir çox adlar kənarda qalıb.

CHP-nin namizədlər siyahısında isə əsasən diqqəti çəkən Türkiyə ermənilərindən olan Selina Doğan Özuzunun namizəd göstərilməsidir. 

1977-ci il təvəllüdlü Özuzun “Notre Dame De Sion” fransız liseyini bitirib. Daha sonra Galatasaray universitetinin hüquq fakultəsindən məzun olan Özuzun erməni, türk, fransız və ingilis dillərini bilir. 

Read more...

Ərdoğan: ASALA Çanaqqala zəfərinə dəvət alan ölkələri təhdid edir

ASALA erməni terror təşkilatı Çanaqqala zəfərində iştirak etmək üçün dəvət alan ölkələri təhdid edir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illiyini şərh edərkən bildirib. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Ərdoğanın sözlərinə görə, ASALA terror təşkilatının arxasında kimlərin dayandığı gec-tez ortaya çıxacaq.

Türkiyə prezidenti onu da qeyd edib ki, bu il aprelin 23-də Ankara dünyaya bir daha sülh mesajı verəcək. Aprelin 24-də isə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd ediləcək və böyük bir yürüş təşkil ediləcək.

Məlumat üçün qeyd edək ki, bu il aprelin 24-də Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümünə 50-dən çox dövlət rəsmisi dəvət alıb.

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda