Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Rusiyadan Azərbaycana pul köçürmələrin həcmində azalma var

Rusiyadan Azərbaycana pul köçürmələri 2014-cü ildə 1,31 milyard ABŞ dolları təşkil edib.

Trend-in Rusiya Mərkəzi Bankının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstərici üzrə ötən il 2013-cü ildəki ilə müqayisədə 2,2 faiz azalma müşahidə olunub.

Belə ki, 2013-cü ildə Rusiyadan Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1,34 milyard dollar təşkil edib.

2014-cü ildə Rusiyadan Azərbaycana ortalama köçürmə məbləği 655 ABŞ dolları olub.

Azərbaycana pul köçürən şəxslər kimi - ümumi məbləğdən RF vətəndaşlarının payına 708 milyon dollar, digər ölkələrin vətəndaşlarının payına isə 603 milyon dollar düşüb.

Cənubi Qafqaz ölkələri arasında ən çox pul köçürmə Ermənistanın payına düşüb – 1 milyard 551 milyon dollar. Gürcüstana isə pul transferi 813 ABŞ dolları həcmində olub.

MDB ölkələri arasında Rusiyadan ən çox pul köçürmə Özbəkistanda gerçəkləşib – 5 milyard 653 milyon dollar. Daha sonrakı yerləri Tacikistan (2 milyard 854 milyon doll.), Ukrayna (2,4 milyard doll.), Qırğızıstan (2 milyard 62 milyon doll.) tutub.

MDB ölkələri arasında Moldovaya 1 milyard 238 milyon dollar, Qazaxıstana 577 milyon dollar, Belarusa 377 milyon dollar, Türkmənistana isə 31 milyon dollar göndərilib.

2014-cü ildə Rusiyadan uzaq xaricə olan ən böyük pul köçürmə 10,3 milyard ABŞ dolları həcmində İsveçrəyə gerçəkləşib. ABŞ-a olan pul köçürmə 4,1 milyard, Böyük Britaniyaya isə 3,9 milyard dollar təşkil edib.

Ötən il Rusiyadan xaricə pul köçürmələrinin ümumi həcmi 68,9 milyard ABŞ dolları olub.

Read more...

NATO Rusiyaya qarşı tarixinin ən böyük hərbi təlimlərinə başlayır

  • Published in Dünya

Britaniyanın hərbi donanması və NATO qoşunları öz tarixində ən böyük hərbi təlim keçirir.

Avropa.info xəbər verir ki, şotland sahillərində istirahət günü keçiriləcək təlimlərdə 55 gəmi, 70 təyyarə, 13 min matros, əsgər və pilot iştirak edəcək. Təlimlərdə 14 ölkənin hərbçiləri təmsil olunacaq.

Britaniya hərbi qərargahı jurnalistləri əmin etməyə çalışır ki, təlimlər konkret heç bir dövlətə qarşı yönəlməyib. Ancaq NATO komandalığı deyib ki, alyans öz gücünü göstərməlidir ki, Rusiyadan gələn təhlükə qarşısında onun qonşuları sakitləşsin.

“Joint Warrior” adını alan təlimlər iki həftə davam edəcək. “The Telegraph” qəzeti yazır ki, Şotlandiya sahillərində rus sualtı qayığına rast gələn Britaniya ordusu NATO-dan təyyarə dəstəyi istəyib. 

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda