Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Prezident və xanımı Moskvadakı paradda

Bu gün Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.

Rusiya Federasiyasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya dövlətinin başçısı Vladimir Putin Kremldə qarşıladı.

Fəxri qonaqlar bayram təntənələrinin keçirildiyi Qızıl meydana gəldikdən sonra hərbi parad başladı. Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Quru Qoşunlarının Baş komandanı Oleq Salyukov paradı qəbul etdilər. Mərasim iştirakçılarını təbrik edən Rusiya Prezidenti Vladimir Putin dünya əhalisinin 80 faizinin cəlb olunduğu İkinci Dünya Müharibəsində qazanılan qələbədə keçmiş sovet xalqlarının, həmçinin antihitler koalisiyasını təmsil edən ölkələrin xidmətlərinin heç vaxt unudulmayacağını bildirdi. Qələbə gününün həmin xalqların və dövlətlərin ümumi bayramının olduğunu vurğulayan Vladimir Putin bildirdi ki, heç vaxt unudulmayacaq bu tarix müasir dövr üçün də bir örnəkdir. Daha sonra paradda hərbçilərin təntənəli keçidi başladı. Meydana MDB və antihitler koalisiyası ölkələrinin hərbçiləri daxil oldu. Dəstənin önündə Azərbaycan hərbçiləri gedirdi. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçdi. Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbçi yollandı. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər.

 

trend

Read more...

Prezident Gül bayramında

Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak etdilər. Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramında çiçəklərdən, yarpaqlardan və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, hər kəsdə xoş ovqat yaradır.Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva parka toplaşan uşaqlarla xatirə şəkilləri çəkdirdilər.

Read more...

Prezidentdən iş adamlarına ciddi xəbərdarlıq

“Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bizim qarşımızda duran bütün vəzifələr vaxtında və uğurla icra edilir. Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Müstəqillik dövründə ölkəmizə 200 milyard dollardan çox sərmayə qoyulub”.

Bu sözləri ötən gün Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı müstəqillik dövründə Azərbaycanın böyük və şərəfli yol keçdiyini qeyd edib: “Bu gün biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Bölgədə nəqliyyat təhlükəsizliyi məsələləri də Azərbaycanın iştirakı ilə öz həllini tapır. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında çox önəmli bir nəqliyyat mərkəzinə çevriləcək və beləliklə, burada yeni imkanlar yaranacaq”.

Azərbaycanda biznes mühitinin çox müsbət olduğunu bildirən dövlət başçısı Azərbaycan dövlətinin özəl sektoru dəstəklədiyini qeyd edib: “Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır”.

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda