Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Milli Məclisin sentyabr ayı üçün iş təqvimi məlum olub

Bu gündən Azərbaycan Milli Məclisi payız sessiyası çərçivəsində işə başlayıb.

MM-dən APA-ya verilən məlumata görə, artıq sentiyabr ayı üçün parlament rəhbərliyinin və deputatların qəbul günləri müəyyənləşib. Komitələrin iclasları sentyabrın 15-dən başlayacaq, parlamentin ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək. Bu, IV çağırış Milli Məclisin son sessiyası olacaq.

Qeyd edək ki, noyabrın 1-də V çağırış Milli Məclisə seçkilər keçiriləcək.

Read more...

Milli Məclisin komitələrinin iclasları başlayır

Azərbaycan Milli Məclisinin (MM) komitələri fəaliyyətə başlayıb.

Bu gün parlamentin Regional məsələlər komitəsinin iclası keçiriləcək. Komitənin gündəliyində 7 məsələ var.

İclasda komitənin ötən sessiyada gördüyü işlər müzakirə olunacaq, hesabat dinləniləcək və 2015-ci ilin payız sessiyası üçün iş qrafiki təsdiqlənəcək.

Read more...

Milli Məclisin qərarı Avropa Parlamentinə göndərilib

Milli Məclis sentyabrın 14-dəki növbədənkənar iclasda Avropa Parlamentinin qətnaməsi ilə bağlı qərar qəbul edib.

Milli Məclis sədrinin müavini Bahar Muradova modern.az saytına qərarla bağlı artıq həmin quruma rəsmi müraciət olunduğunu açıqlayıb: “Həmin sənəd rəsmi şəkildə sentyabrın 15-də Avropa Parlamentinə göndərilib”.

Parlamentin sentyabrın 14-də keçirilmiş xüsusi iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qərəz nümayiş etdirməsi nəzərə alınaraq, qərar qəbul edilib.

Qərarda bildirilib:

- Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;

- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;

- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;

- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycandakı insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə qəbul edib. Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlərə hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağırıb.

Qətnamədə bildirilib ki, Avropa Birliyi Azərbaycanla əməkdaşlığı dəstəkləyir, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasını bu münasibətlər üçün şərt hesab edir.

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda