Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Netanyahudan İran üçün son təklif - "Sanksiyalar sərtləşdirilsin"

  • Published in Dünya

İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı tətbiq olunan sanksiyaların sərtləşdirilməsi lazım olduğunu bildirib.

Avropa.info xəbər verir ki, ABŞ-ın “ABC” telekanalına müsahibə verən Netanyahu bu gün əldə olunan nəticənin məhz İrana qarşı tətbiq olunan sanksiyalar səbəbilə əldə olunduğunu irəli sürüb.

O bu sanksiyaların ləğv edilməsi və ya yüngülləşdirilməsi deyil, daha yaxşı nəticələr əldə etmək üçün sərtləşdirilməsi lazım olduğunu söyləyib.

Netanyahu həmçinin İran ilə əldə olunan razılığın nüvə obyektlərinin tamamilə ləğv edilməsini nəzərdə tutmadığı üçün "pis" olaraq xarakterizə edib.

Baş nazir bundan başqa İrana sünni əhalisi çoxluq təşkil edən ölkələrin silahlanma uğrunda rəqabət aparacağı və bunun da İsrailin təhlükəsizliyinə xələl gətirəcəyini söyləyib. 

Read more...

Lozana sazişi: İranın zəfərimi, ABŞ-a xidmətmi?

Nəinki iranlıları, bütün dünyanı bu gün maraqlandıran bir sual var. Lozana sazişi zəfərmi, yoxsa xidmətmidir? 

Bütün dünyanı maraqlandıran bu sual Azərbaycanda da müzakirə mövzusuna çevrilib. Bu müzakirələr də təbiidir. Axı, İranla nə qədər sorunlarımız olsa da, cənub qonşumuzla böyük bir sərhədə malikik. 

Aprelin  2-də  İranla Qərb ölkələri  arasında  5+1 formatında aparılan nüvə danışıqları öz məntiqi sonluğu ilə bitdi.  Qısası,  ilkin  razılaşmaya görə, İran bütün nüvə  silahı hazırlama işlərindən əl çəkir, Qərb, dolayısı ilə ABŞ isə cənub qonşumuzun üzərindən sanksiyaları tədricən götürür. 

Nə baş verir? İran bu prosesi udubmu, yoxsa, bu Tehranın illər uzunu apardığı anti-Qərb  təbliğatının iflasıdırmı? 

Vətəndaş cəmiyyətinin olmadığı, medianın molla hakimiyyətindən asılı olduğu İranda bu saziş "qələbə" kimi səciyyələndirilir. Məsələn, İranın rəsmi İRNA agentliyi iddia edir ki, Tehran  heç bir nüvə obyektini bağlamayacaq . Sadəcə, Qərblə  bu nüvə fəaliyyətindən dinc məqsədlərlə istifadə edilmək haqqında razılığa gəlinib. Lakin elə burada maraqlı sual ortaya çıxır. Axı rəsmi Tehran bu saziş imzalanmadan öncə də, neçə illərdir ki, nüvə proqramından dinc məqsədlərlə istifadə etmək istədiyini bəyan edirdi. Bu nədir, İranın həqiqətən də nüvə silahı hazırlama istəyinin etirafı, yoxsa?

Amma sazişi imzalayan dövlətlərin başçılarının açıqlamaları başqa mətləblərdən xəbər verir. Məsələn, Lozana razılaşmasından həmən sonra, açıqlama verən ABŞ prezidenti Barak Obama, İranın rəsmən nüvə fəaliyyətindən əl çəkdiyini açıqlayıb.

"Bu müqavilə İranın nüvə silahı istehsal etməsini əngəlləyir.  İran qarşıdakı illərdə müqaviləni pozmaq  istəsə belə, məhdudiyyətlər olacağı üçün nüvə silahı əldə edə bilməyəcək.

 Beynəlxalq müşahidəçilər,  İranın nüvə obyektlərinə  nəzarət  edəcək. Bu müqavilə sayəsində heç bir ölkədə olmadığı qədər İrana, nəzarət ediləcək . Şəffaf proses  olacaq və İranın   nüvə silah əldə etməsinə  heç vaxt  icazə verilməyəcək. Bunun qarşılığında da İrana qarşı sanksiyalar yüngülləşəcək."

Dünən isə İran prezidenti Həsən Ruhani, onun təbirincə desək, "Qərbə qarşı kələkbazlıq etmək" niyyətində olmadıqlarını  açıqlayıb.

“İran  əldə olunan razılaşmaya tam əməl etmək niyyətindədir. Dünya bilməlidir ki, biz kələkbazlıq etmək niyyətində deyilik, biz bütün vədlərimizə əməl etmək niyyətindəyik.”

Elə Azərbaycanda da, bəzi politoloqlar, siyasi şərhçilər  İranın bu prosesdən "uduşla" çıxdığını iddia edirlər. Amma bu  "uduşun"  nə olduğunun ciddi əsaslandırılması yoxdur. Cənub qonşumuz  bu vaxta kimi bəlkə də, nüvə fəaliyyətinə milyardlarla vəsait xərcləməsinə baxmayaraq, bu potensilından rəsmən əl çəkib. Əvəzində isə Qərb Tehranın üzərinə qoyduğu sanksiyaları tədricən götürəcək. Təbii ki, bu da bir vəddir, ortada real iş hələlik yoxdur. Bəzi politoloqlarımızın  "İrana demokratiya gələcəyi" ilə bağlı açıqlamaları isə nisbi anlayışdır. Dünyada heç bir ölkə  nisbi demokratiya anlayışına görə, siyasət qurmur. Maraqlar, yenə də maraqlar...

Bəs nədir, İranı bu proyektdən əl çəkdirən səbəb ? Bəlkə, ötən ilin ortalarından Bağdadda gizlin  keçirilən  İran-ABŞ danışıqları? Dünya mediası İran İnqilab Keşikçiləri ordusunun komandirlərindən olan, Tehranın İraq və Suriyada apardığı müharibəyə başçılıq edən Qasım Süleymaninin  ABŞ ordusunun rəhbərliyi ilə Bağdadda danışıqlar apardığını yazmışdı. Məhz bundan sonra, ABŞ və İran İraqda  İŞİD-ə qarşı birgə savaşa başladı. Suriyada isə ABŞ tədricən İranın dəstəklədiyi  Əsəd rejiminin üzərində təzyiqlərini azaltma siyasətini yürütdü. İş o yerə çatdı ki, ABŞ Dövlət Departementi Əsəd rejimi ilə danışıqlar aparmağa belə hazır olduğunu açıqladı. Halbuki, elə bu açıqlamadan az öncə, BMT  Əsəd rejiminin xalqa qarşı kimyəvi silahdan istifadə etməsi haqda sənəd yaymışdı. ABŞ isə hətta bu sənədə belə əhəmiyyət verməyərək, Suriyada İranın və "Hizbullah"ın varlığına göz yumdu. Hələ bu da azmış kimi, Vaşinqton  dünyanı heyrətləndirəcək bir addım atdı. İranın dəstəklədiyi "Hizbullah" rəsmən ABŞ-ın terror siyahısından çıxarıldı. 

Siyasi təhlilçilər hesab edirlər ki, əslində  ABŞ-la İran arasında gizli, bəzən isə açıq müttəfiqlik əlaqələrinin tarixi 20 ilə çəkir.  İranın keçmiş prezidenti  Əhmədinejad  BMT-də çıxışı zamanı Əfqanıstanda Talibanın devrilməsi və  İraqın birinci işğalında ölkəsinin ABŞ-a yardım etdiyini açıqlamışdı. Yeri gəlmişəkən, İraqda bu gün baş verən proseslərin  kökündə İraqın birinci işğalı zamanı  İranın  ABŞ-la birgə  addımlar atması olub. Səddamı devirən ABŞ, məhz  İranda  siyasi sığınacaq alan Nuri Malikini hakimiyyətə gətirdi. Səddamın devrilməsi ilə İraqa girən İran əsgərlərinin apardığı  ənənəvi məzhəbçi  siyasət nəticəsində, işğal olunmuş  bu ölkədə müxtəlif silahlı qruplaşmalar yarandı. Və  İraq  savaş meydanına çevrildi.

İndi isə ABŞ-İran müttəfiqliyi gerçək şəkildə sənədlər üzərində öz əksini tapır. Amma, bu saziş Yaxın Şərqdə sülhün qarantı olacaqmı? Türkiyə, ərəb və dünyanın bir sıra nüfuzlu media orqanlarının sazişlə bağlı şərhləri, bu suala bir cavab yeri qoyur, yox...

Əvvəla, bu saziş  Yaxın Şərqin 3 böyük dövləti Türkiyə, Səudiyyə Ərəbistanı  və  İsraildə qıcıq doğurub. Hazırda da İran  İraqda  ABŞ-la birlikdə İŞİD-ə qarşı, Suriyada isə Türkiyənin  rəsmən  dəstəklədiyi  müxalifl  qüvvələrə  qarşı  müharibədədir. Yəməndə isə İranın dəstəklədiyi husilərin başına Səudiyyə Ərəbistanı bomba yağdırır. Türkiyə və Səudiyyə Ərəbistanının yayda  Suriyaya girərək, İranın dəstəklədiyi Əsəd rejimini devirəcəkləri də gələn xəbərlər arasındadır. Belə olan şəraitdə bölgənin hansı sabitliyindən danışmaq  olar? Zatən müharibədir və bu savaşın daha da güclənəcəyi ehtimal olunur. İsrail isə bu sazişdən sonra, İranı hətta müharibə ilə təhdid edib. Göründüyü kimi, ABŞ Yaxın Şərqdə İranı özünə müttəfiq seçir. 

Bəs bu sazişin Azərbaycana təsiri necə olacaq? Əvvəla bu sazişin  Bakının "demokratiya paytaxtı" statusunu əlindən alacağı haqda deyilənlər tam cəfəngiyyatdır. Bakı həmin statusunu əlində saxlayacaq. Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu sazişin İranın demokratikləşməsi ilə bağlı hər hansı bir əlaqəsi yoxdur. Qərb-İran sazişi, ABŞ-ın maraqlarına işləyən bir layihədir  və Tehranın siyasi sistemini dəyişməyə yönəlik deyil. 

Lakin məsələnin iqtisadi tərəflərinə gəldikdə, bu sazişin Azərbaycanın iqtisadi maraqlarına zidd olduğu görünməkdədir. İqtisadçıların dediyi kimi, bu saziş neftin aşağı düşməsinə səbəb olacaq ki, bu da Azərbaycan kimi neft ölkəsinə mənfi təsirini göstərməyə bilməz. 

Digər tərəfdən, bu sazişlə İranın işğalı altında olan Güney Azərbaycan ideyasının üstündən də, hələlik çalın-çarpaz bir xətt çəkilir. Sabah ABŞ  ölkəsində yaşayan Güneyli soydaşlarımızı İrana deportasiya etsə belə təccüblənmərəm. 

Qısası, ABŞ-İran sazişi bölgəmizdə yeni siyasi vəziyyətə səbəb olub. Türkiyə və ərəb ölkələrinin bu ittifaqdan narazı qalması konteksində Yaxın Şərqdə ciddi proseslərin başladığını ehtimal etmək olar.

Read more...

ABŞ İranı yenə məyus etdi – Sanksiyalar dərhal ləğv olunmayacaq

  • Published in Dünya

ABŞ ilə İranın razılıq əldə etməsindən sonra sanksiyaların nə zaman və necə ləğv olunacağı ilə bağlı ilk açıqlama Ağ Evdən gəlib.

Avropa.info xəbər verir ki, ABŞ rəhbərliyi 5 + 1 ölkələri ilə İran arasında qəti razılıq əldə ediləcəyi təqdirdə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların bir dəfəyə deyil mərhələlərlə ləğv edilməsi lazım olduğunu açıqlayıb. 

Ağ Ev rəsmisi Joş Ernest mətbuata açıqlamasında İran hökumətinin nüvə müzakirələrdə son razılığın əldə ediləcəyi təqdirdə sanksiyaların hamısının dərhal ləğv olunmasını istədiyini bildirib. 

Onun sözlərinə görə ABŞ hökuməti və MAGATE isə sanksiyaların dərhal deyil mərhələlərlə ləğv olunmasının daha məqsədəuyğun olacağı qənaətindədir. 

Xatırladaq ki, İran ilə "5 + 1 qrupu" arasında İsveçrənin Lozanna şəhərində keçirilən nüvə müzakirələrində aprel ayının ikisində ilkin razılıq əldə edilmişdi.

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda