Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Ərəb telekanalından Əliyevin Səudiyyə səfəri ilə bağlı sensasion "İran" şərhi

Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına səfəri ərəb mediasında ciddi rezonans doğurub. Bir neçə dəqiqə əvvəl nüfuzlu “Əl-Ərəbiyyə” telekanalı da İlham Əliyevin kral Salman ibn Əbdüləzizin dəvəti ilə gerçəkləşən səfərini müzakirə edib.

Dunyamedia.com  Avropa.info-ya istinadən  xəbər verir ki, prezidentin səfəri ilə bağlı analitik təhlildə İrana mühüm yer ayrılıb.

Ərəb analitiklər bu səfərin regionda gerçəkləşən ab-hava ilə əlaqəli olduğunu bildirərək, qeyd ediblər ki, bu səfərdən ən çox İran narahatdır.

Proqramın şərhçisi İranın Ermənistana yardım etməsinə diqqət çəkən açıqlamasından sonra bunları söyləyib: “Tehran mediası Əliyevin bu səfərinə çox qısqanclıqla yanaşırlar. Bu İranın rəsmi mövqeyindən qaynaqlanır. Hansı ki, bu ölkə müsəlmanlara yardım etdiyini bildirsə də, ermənilərə yardım edir. Səudiyyə Ərəbistanı isə nəinki Azərbaycanı dəstəkləyir, hətta Ermənistanı dövlət olaraq tanımır və heç bir diplomatik əlaqələr qurmayıb”.

Şərhçi onu da bildirib ki, İranla Azərbaycan arasında tarixi ədavət var və bu daha çox fars rejiminin ərazi iddialarından qaynaqlanır.

Read more...

Yeni Siyasət- Prezident monopoliyaları aradan qaldırır

İqtidar monopoliyaya “dərman” tapıb; “Avromed”in inhisarçı mövqeyinə son qoyulur; bu proses hakimiyyətin iqtisadi siyasətini az qala sabotaj edən monopolist məmurların həbsi ilə də nəticələnə bilər.
Prezident İlham Əliyevin ötən həftəsonu Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığı medianın ən çox müzakirə edilən mövzularından birinə çevrilib. Xatırladaq ki, prezident dərmanların baha satıldığını deyib və səhiyyə nazirinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.

Bu mövzunun nazirlərin iştirakı ilə keçirilən müşavirədə diqqətə gətirilməsi prezidentin əhalinin az qala çörək dükanı qədər müraciət etdiyi apteklərdəki vəziyyətdən, xalqın narazılığından xəbərdar olduğunu göstərdi. Çünki manatın fevralın 21-də qəfil devalvasiyasından sonra apteklərdə, xüsusilə həyati əhəmiyyətli dərmanların satışı faktiki olaraq, ya dayandırıldı, ya da iki-üç qat baha qiymətə təklif edildi ki, bu da əhalidə ciddi narazılıq yaratdı.

Bəzi apteklər qapılarını bağladı, bəziləri isə piştaxtaları boşaldaraq açıq etiraf etdilər ki, dərman bazarında inhisarçı mövqedə olan “Avromed Company” MMC depolarını bağlayıb və dolların “son dayanacağını” gözləyir. Bu proses təxminən 1 həftə çəkdi. Dolların kursu sabitləşən kimi apteklər kifayət qədər bahalaşmış preparatlarla yenə doldu.

Dünyanın aparıcı dərman firmalarının məhsullarının Azərbaycana idxalı ilə məşğul olan “Avromed” 2002-ci ilin aprelində təsis edilib, dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Bu şirkətin ölkəyə idxal olan dərman preparatları, tibbi vasitələrinin sayı 15 mindən artıqdır. “Avromed”in infrastrukturuna Bakıda yerləşən mərkəzi ofisi, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisləri daxildir. “Avromed”in müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 2 min fərdi aptek və digər qurumlar daxildir.

Paytaxtda yerləşən Mərkəzi Klinik Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Leyla Şıxlinskayanın Klinikası, Mərkəzi Klinik Xəstəxanası, MediClub, eləcə də Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və bir sıra dövlət qurumlarının nəzdində olan müalicə müəssisələri də “Avromed”in müştəriləridir. Dərman biznesində əsas satış monopoliyası əvvəllər iqtidara yaxın olan “Riad” şirkətinə aid idi. Lakin bir neçə il əvvəl “Riad”ın hegemonluğuna son qoyuldu. Bazar “Avromed”in nəzarətinə keçdi. Bəzi bilgilərə görə, “Riad” indi yalnız azsayda aptekləri dərmanla təmin edir.

Çox maraqlıdır ki, manatın devalvasiyasından bir gün əvvəl - fevral ayının 20-də “Avromed Company” MMC-yə yeni direktor təyin edilib. Əvvəllərdə Direktorlar Şurasında təmsil olunan Əzizə Baxşalıyeva baş direktor seçilib.

Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəyə idxal edilən dərmanlar ƏDV və gömrük rüsumlarından azad edilib. Lakin buna baxmayaraq, dərman bazarındakı monopoliya “Avromed”ə imkan verir ki, ölkəyə gətirdiyi dərman preparatlarına istədiyi qiymət təyin edərək satışa çıxarsın.

Milli Məclisdə “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər zamanı deputat Vahid Əhmədov maraqlı bir fakt açıqlamışdı ki, bu da onun həmkarı, “Avromed”in ilk təsisçisi Cavanşır Feyziyevin xoşuna gəlməməşdi. V.Əhmədov demişdi ki, şəhərin bir yerindən 12 manata aldığım dərmanı başqa bir yerdə ona 24 manata təklif ediblər: “Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanlara həm yuxarı qiymət, həm də aşağı üçün hədd qoyulur. Azərbaycanda isə dərman monopoliyadadır. Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar”. Cavanşir Feyziyev isə dərman sahəsində monopoliyanın olmadığını iddia etmişdi: “Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə nisbətdə bahadır. Bunu inhisarçılıqla əlaqələndirirlər. Amma belə deyil”.

Göründüyü kimi, bu problem o qədər ciddiləşib ki, prezident Nazirlər Kabinetinin iclasında məsələni kəskin qoymalı olub. “Yeni Müsavat”ın xəbərinə görə, iqtidar manatın ikinci mümkün devalvasiyasının da qaçılmaz olduğunun fərqindədir və bu məqsədlə əhalinin xüsusilə ehtiyacı olduğu sahələrdə ciddi islahatlarda, bəzi sahələrdə isə monopoliya ilə mübarizədə qərarlıdır. Çünki manatın dəyərdən düşməsi ilə monopolistlərin də qiymətləri iki qat artırması əhalinin hökumətdən narazılığını daha da artırır.

Mənbəmizin məlumatına görə, iqtidar dərmanlara vahid qiymət tətbiq edilməsi barədə artıq qərar verib və yaxın günlərdə Nazirlər Kabineti vahid tarifləri təsdiqləyəcək. Bu da “Avromed”in qiymət inhisarçılığına son qoymuş olacaq.

Mümkündür ki, monopolistlər bu cür qərarlara müqavimət göstərsinlər. Amma prezidentin son çıxışından da belə görünür ki, iqtidar parlament seçkiləri ərəfəsi sosial vəziyyətin ağırlaşmaması üçün inzibati yollara əl atmalı olacaq. Artıq belə xəbərlər var ki, bəzi inhisarçı oliqarx məmurların “əl-ayağı”nın yığışdırılması prosesi başlayıb. Onların ciddi gəlirləri əlindən çıxarılıb və proses iqtidarın iqtisadi siyasətini az qala sabotaj edən məmurların hətta həbsi ilə də nəticələnə bilər.

Qəzetimizə çatan bilgilərə görə, yaxın günlərdə gömrük sistemi ilə təmin edilən bir sıra monopol istiqamətlərdə liberallaşma olacaq. Bir sıra gündəlik tələbat təyinatlı mallarla yanaşı, digər əmtəə çeşidləri də monopoliyalardan çıxarılmaqla, ucuzlaşdırılacaq. Ən azından, siyasi hakimiyyət bu cür qərar verib. Əks halda, ölkədə yaranan sosial gərginlik seçki ilində mövcud hakimiyyətə qarşısıalınmaz və geriyədönməz problemlər yaradar. Bunları da hesablamaq o qədər də çətin deyil

/musavat.com/.

Read more...

İlham Əliyev I Avropa Oyunlarının xərcini açıqladı

“Ümid edirik ki, Birinci Avropa Oyunları bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu bizim üçün böyük məsuliyyətdir”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi: “Ümumiyyətlə, əgər o zaman buna razılığımızı verməsəydik, yəqin ki, bu, ideya olaraq qalacaqdı. Mən bu ideyaya həmişə dəstək verən Avropa Olimpiya Komitəsinin Prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu bizim üçün böyük məsuliyyət idi, lakin bizi daha böyük - Olimpiya Oyunları ilə müqayisəyə gələn Avropa Oyunlarını 2,5 ilə və hətta daha az müddətə keçirmək şərəfi gözləyirdi. 6 mindən çox idmançı, idmanın 20 növü”.

Dövlət başçısının sözlərinə görə, ancaq Azərbaycan vəzifənin öhdəsindən gələ bildi: “Məşəl artıq alovlandırılıb. Biz onu qədim Atəşgah məbədində alovlandırdıq, bu, Zərdüştlüyün qədim məbədidir. Bildiyiniz kimi Azərbaycan bir çox dinlərin – Zərdüştlük, İslam, Xristianlıq, Yəhudilik – bir araya gəldiyi diyardır, ölkəmizdə xalqlar arasında unikal qardaşlıq mühiti və dinlərarası əməkdaşlıq yaradılıb. Buna görə də məşəl artıq ölkəmiz üzrə səyahət edir”.

İlham Əliyev bildirib ki, Azərbaycan Oyunlar yaxınlaşdıqca, bu hadisəni nüfuzdan salma cəhdlərinin daha aydın şahidi olur: “Bu, bizdə yalnız təəccüb və heyrət doğurur. Bu nəyə lazımdır? Sanki bu, kimisə necə deyərlər cana gətirib ki, Azərbaycan belə Oyunları keçirə bilər. Buna görə də hazırda biz Soçi Olimpiadası ərəfəsində yaşadığınızın demək olar ki, eynisini yaşayırıq – nüfuzdan salma, yalan, uydurma, guya bizim xərclərimizlə bağlı tamamilə astronomik rəqəmlər qeyd edilir. Prinsipcə, Oyunları keçirmək üçün əməliyyat xərclərinə cəmi bri neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinin 90 faizi ya tikilmişdi, ya da qərar qəbul edilməzdən əvvəl tikintisinə başlanılmışdı, yəni biz onları

Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu bundan əvvəl də inkişaf etmişdi, siz bizdə tez-tez olursunuz və bunu görürsünüz. Buna görə də hazırda belə yalan, nifaq və kin kampaniyasına məruz qalmışıq. Lakin əsas bu deyil, əsas odur ki, dostluq və idman bayramı yaradacağımıza əminəm və əsas qonaqlarımız əlbəttə ki, idmançılar olacaqlar. Biz bu bayramda iştirak etmək istəyən hər kəsi – idmançıları, turistləri, Avropa, MDB ölkələrinin sıravi vətəndaşlarını dəvət edirik, özünüzü evinizdəki kimi yaxşı mühitdə hiss edin. Və Rusiya komandasına uğurlar arzulayıram, fikrimcə, Rusiya bu Oyunların əsas favoriti olacaq”.

Read more...
Subscribe to this RSS feed
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda