Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Mosul düyünü- yüz illik oyunun arxa planı-DR.Telman Nüsrətoğlu yazır...

Dinlər və mədəniyyətlər coğrafiyası olan Ortadoğu mistik cazibəsi, misilsiz tarixi hafizəsi, çatışmalı etnik və dini mozaikası qədər yeraltı təbii sərvətləri, üç qitənin qovşaq nöqtəsində yerləşən coğrafiyası ilə daima dünyanın aparıcı dövlətlərinin diqqətini cəlb etmiş, əsrlərdir müxtəlif güclərin hakimiyyət mübarizələrinə səhnə olmuşdur. Bu, bir həqiqətdir ki, Monqol işğalı və birinci dünya savaşından sonra Ortadoğu tarixinin üçüncü ən travmatik dövrünü yaşamaqdadır. Bu gün bütün dərin Ortadoğu oyununun mərkəzindəki, uğrunda amansız mübarizə gedən Mosul vilayəti əslində etnik, dini rənglər mozaikası və önəmi ilə Ortadoğunun balaca bir modelidir.

Mosul vilayətinin şərqdə İrana, şimalda Diyarbəkirə, cənubda Bağdada , qərbdə də Hələb və Şama açılan qapı olması , 300 il Avropanın qaza olan ehtiyacını qarşılayacaq rezervlər bulundurması savaşın şiddətini daha da artırmaqdadır. 642 -ci ildə hz. Ömərin komutanlarından Utba b. Farkat tərəfindən fəth olunan Mosul IX əsrdə bir Türk sərkərdəsi olan Ahmet b. Tolunun qurduğu Tolunoğulları dövlətindən etibarən ta İngilis işğalına qədər min illik bir dövr ərzində sırasıyla Böyük Səlcuqlu Dövləti, İraq Səlcuqlu Dövləti , Melikşahın komutanlarından Zenginin qurduğu Atabəylər Dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Osmanlı kimi Türk dövlətlərinin hakimiyyəti altında olsa da, bu gün şəhərdə ən böyük təhlükə altında olan etnik qrup da Türkmən varlığıdır.

Türkiyənin Misak-ı Milli sərhədləri içində yer alan , Lozan danışıqlarında statusu həll edilməmiş qalan, 1926-cı ildə özəl Ankara protokolu ilə İngiltərə himayəsi altındakı İraqa dövr edilmiş olan Mosulla bağlı siyasi görüşündən asılı olmayaraq Türk dövlətinin bütün iqtidarları milli bir siyasət izləmişdir. Mosul uğrunda gedən rəqabətin, Mosuldan planlanan ürküdücü imperial planların gələcək şəkillənişi böyük ölçüdə yaxın Şərqin siyasi xəritəsinin konturlarını da ortaya çıxardacaq , qlobal və regional güc mərkəzlərinin təsir coğrafiyasının arealını da çizəcəkdir. Mosul məsələsi Türkiyənin qədim mədəniyyət coğrafiyasında yenidən bir cazibə mərkəzi olub olmayacağı , milli təhlükəsizliyi , İslam ümmətinin gələcəyi baxımdan da olduqca önəmlidir. Fərqli güclərin iç – içə keçən , zaman – zaman uzlaşan və ayrışan planlamaları, təmsili savaşları, siyasi-hərbi həmlələri və mürəkkəb siyasi konfiqurasiyasına hədəf olan Mosul, regionun gələcəyi baxımından iki mühüm suala da cavab verəcəkdir. Dünyada ondan artıq mədəniyyətin kökünü qazmış Avropa, əsirlərdir bacarmadığı İslam mədəniyyətini dönüşdürərək öz sosyo-kültürəl sisteminə montajlaya biləcəkmi?

Ünlü İngilis tarixçisi A. Toyunbenin də ifadə etdiyi kimi, bitirilmiş yox durdurulmuş bir mədəniyyət olan Osmanlı yeni yorum və nəfəslə qaldığı yerdən yoluna davam etməyə qadir olacaqmı? Uzun bir dövrə yayılaraq planlanan, qorxulan İslam daxili çatışma əngəllənəcəkmi?

Türkiyənin təmsil etdiyi orta yol İslamı iki qarşı duran antaqonist qütbü məzhəb təməlli İran cinahı ilə yenə ta Osmanlının çöküşündən bu yana arxasında İngilis ağlının mövcudluğuna şübhə etmədiyimiz , bəzi nöqtələrdə zahiriliklə paralelliklər daşıyan, qaynaqlarımızı çağın ehtiyaclarına görə yenidən yorumlamamızın önündə də ən böyük əngəl olan ərəb bədəvi -əməvi-vəhabi islamını fəlakətli toqquşmadan uzaq tutaraq uzlaşdıra biləcəkmi? Türkiyənin çox ağır və təhlükəli həmlələrlə hədəf seçilməsi tarixi missiyası və bünyəsində barındırdığı potensialı etibarı ilə bu cür təhlükəli ssenariləri poza biləcək gücdə olduğunu da göstərir. Ancaq Ankaranın qarşılaşdığı təhlükələr də , çiyinlərində daşıdığı məsuliyyət də çox ağırdır. İŞID bəlasını da ,Bağdatdakı radikal , məzhəpçi qruplaşmaları da cilalayaraq səhnəyə çıxardan eyni planlayıcı qlobal anlayışdır. İşğal sonrası İraqın sürətlə Tehranın təsir dairəsinə tərk edilməsi də, Mosulun qurtarılması əməliyyatında Amerikayla İranın çiyin çiyinə hərəkət etməsi də bu mənada çox düşündürücüdür.

Mosulda səhnələnmək istənən Türkiyənin təhlükəsizliyini , milli varlığını açıq hədəf alan, Ərəb dünyası ilə coğrafi bağlarını da qoparmağı planlayan başqa bir imperial oyun da birinci dünya savaşından bu yana hər mərhələsində, yapılanmasında açıq və ya gizli İngilis barmağını gördüyümüz Kürdüstan oyunudur.

Unutmayaq ki Osmanlının bir vilayəti ikən Mosul-Kərkükdə müsəlman türk , ərəb , kürdlərlə bərabər azlıq statusundakı suryani, keldani, musəvi kimi qruplar da dövlətin himayəsində hüzur içində yaşamış, hətta öz ibadət yerləri üçün dövlətdən maddi yadım belə almışdı. Başbakanlıq Osmanlı arxivlərində yayınlanmış, bu məsələləri ehtiva edən yüzlərlə arxiv sənədi mövcuddur. Dini camaatlar arasında zaman – zaman bəzi anlaşmazlıqlar olsa da, Osmanlı bütün bu məsələlərdə kimsəni incitmədən ədalətli, barışdırıcı qərarlar almış, tərəflər də daima dövlətin ədalətinə inanmışdı. Osmanlının geriləməsi, Ingilislərin bölgəyə nüfuz etməsiylə birlikdə bölgədəki bu hüzur ortamı da yerini ayrılıqçı , çatışmaçı meyllərə buraxmışdır. Osmanlı arxivlərində eyni zamanda bu fitnəçi missionerlik fəaliyyətləri ilə bağlı artıqlaması ilə məlumatlar vardır.

İngiltərənin Mosul konsulu Viblikinin bölgəni gəzərək oradakı əşirətləri dövlətə qarşı üsyana təşviq etdiyi üçün Mosuldan uzaqlaşdırıldığı məlumdur. İngilislərin bölgəni işğal edərkən Kürdlərin mənfəəti üçün orada bulunduqları yönündə təbliğat apardıqları , fərqli əşirətlərə Osmanlıya qarşı çıxmaq üçün torpaq, pul , silah vədində bulunduqları haqqında da arxivlərdə çoxlu sayda sənədlər mövcuddur. Türk Ordusu Süleymaniyəni boşaltdıqdan sonra kürd əşirətlərinin lideri Şeyx Mahmud ingilislərin dəstəyiylə müstəqillik elan etmiş , ancaq bir müddət sonra ingilislərin oyununda alət olduğunu anlayaraq mövqeyini dəyişdirmiş, onlara qarşı savaşaraq bir neçə zabitini də əsir almışdır. İngilislərlə əməkdaşlıq edən başqa ərəb və kürd əşirətləri də sonradan peşman olaraq Osmanlı hakimiyyəti altına geri dönmək istədiklərini bildirmiş, İstanbuldan ingilislərlə savaşmaq üçün silah istəmişdilər. Bu tip bilgilər Türk tarixində olduqca çoxdur. İngilislərin anti- Osmanlı təbliğatına etiraz edən Mosul əhalisinin ayağa qalxaraq İngilis valisini öldürdükləri də bilinən bir həqiqətdir. Türkiyə cümhuriyyətinin qurulmasından sonrakı dövrdə baş verən şeyx Səid üsyanı kimi kürd üsyanlarının , ayrılıqçı hərəkatların arxasında imperial güclərin olduğu da məlumdur. Körfəz savaşından sonra Quzey İraqda oynanan böyük oyun isə ayrıca ələ alınması lazım gələn, Mosul məsələsinin də anlaşılmasında mərkəzi rola sahib olan bir məsələdir. Ortadoğuda , Mosulda səhnələnən oyun içindəki oyunların da ən təhlükəlisi məhz bu məsələdir. FETÖ xəyanətini də, Türkiyənin qurtuluş savaşından bu yana qarşılaşdığı ən riskli hücum olan 15 İyul hadisəsini də , “Fırat Kalkanı” əməliyyatını, PKK-PYD məsələsini də bu kontekstdə dəyərləndirdiyimiz zaman oynanan oyunun bütününü anlamaq mümkündür.

Diqqət edin 1993 – cü ildə bir yəhudi düşüncə quruluşu olan “Washington Institut for near Policy” də Klintonun Milli Təhlükəsizlik Komitəsi Xarici İşlər sorumlusu Martın İndykin təklifiylə İraq Kürtləri Amerikanın Ortadoğu siyasətinin içinə alınmışdır. Yəhudi əsilli Martın İndykin əsas konsepti İraq parçalanmadan kürdlərin durumunun şəkillənməsinin mümkün olmadığı fikridir. Çox sayda Amerikalı diplomat , dövlət adamı və politoloqun bu istiqamətdə bəyanlarının olduğu, İraqın parçalanması fikrini müdafiə etdikləri də bilinən bir həqiqətdir. İraq siyasətiylə paralel Türkiyədə yaşayan kürd əhali Lozan prinsiplərinə zidd olaraq Amerikada bir azınlıq olaraq anılmaya başlanmış , kürd məsələsinin “barışcıl”çözümü üçün də Türkiyəyə qarşı təzyiqlər artmışdır. Amerika kürd məsələsinin həlli üçün Türkiyəyə təzyiq etməlidir, fikrinin müəllifi də yenə yəhudi əsilli sabiq “CIA” (MKİ) başqan yardımçısı , son çevriliş cəhdində adı tez – tez hallanan, Fətullah Gülənin Amerikada məskunlaşması üçün zəmanət verən Graham Fullerdir. Fullere görə dövlətlərin mövcud sərhədləri artıq demodə olmuşdur. Gələcəkdə beynəlxalq sistemin təməlini formalaşdıracaq olan əsas faktor hazırkı milli dövlətlər deyil öz- özünü tanımlamış olan etnik qruplar olacaqdır. Etnik qrupları razı sala bilməyən dövlətlər parçalanmaya məhkumdur. Fullerin gəlmiş olduğu bütün bu qənaətləri və irəli sürdüyü əsas fikri Ortadoğunun daha da parçalanmasının vacib olduğu fikri kimi xülasə etmək mümkündür. Bu məsələdə Amerikadakı yəhudi lobbisinin, yəhudi əsilli siyasətçilərin aktiv rol almasında heç şübhəsiz ki İsrailin bölgədə özünü yalnız hiss etməsi, milli təhlükəsizliyi üçün təhlükə aldıqları da ciddi rol oynamışdır. İraqın bölünməsi sonucunda ortaya çıxacaq İsrail və Amerika himayəsindəki kürd dövləti İran və Türkiyəni daima təzyiq altında tutacaq və bir müddət sonra ayrılıqçı tələblər Türkiyə və İrana da sıçrayacaqdır.

Son aylar Türkiyədə baş verən terror hadisələrini analiz etdiyimiz zaman bütün bu imperial dayatmaların açıq şəkildə səhnələndiyini görməmək mümkün deyil. Bu məsələdə heç şübhəsiz, su amili, Fərat və Diclə çayları uğrunda gedən mübarizə də mühüm yer tutur.

Əsas suallardan biri də bütün bu təhlükələr , planlanan dağıdıcı proseslər qarşısında Türkiyənin mövqeyinin , önləyici fəaliyyətlərinin nədən ibarət olduğu sualıdır. Kürt proyektinin də mərkəzində yer alan birinci önləyici tədbir Türkiyənin Quzey İraqdakı fəaliyyətləridir. Heç bir vacib yer boş qalmır tezisindən yola çıxaraq, sadalanan imperial oyunları boşa çıxartmaq məqsədi ilə Türkiyə başından bəri təhsildən orduya qədər, Ərbil mərkəzli Kürdüstan yapılanmasında həyati rol almış , oradakı qurum və quruluşları əsasən öz yörüngəsində tuta bilmişdir. Neftin Türkiyə üzərindən bazara çıxarılması , neft pullarının da Türk banklarında tutulması bu mənada Quzey İraqı bütün hallarda Türkiyədən asılı vəziyyətə gətirmişdir. Peşmərgənin əhəmiyyətli bir bölümünün Türk əsgərlərinin təlimindən keçməsi , Quzey İraqdakı Türkiyə meylli siyasi qüvvələrin, sivil toplum quruluşlarının dəstəklənməsini də bu mənada vacib istiqamətlər olaraq qeyd edə bilərik. Eyni zamanda Türkiyə Quzey İraqdakı Bərzani idarəsi və Türkmən faktoru üzərindən iranmeyilli İraq siyasətini də basqı altında tutmağa çalışmışdır. Türkiyənin ən strateji həmləsi, heç şübhəsiz, Cerablus əməliyyatı ilə Kürt koridorunun Ağ dənizə açılmasını əngəlləməsi, Quzey İraqın həyati ehtiyaclarının da Türkiyə vasitəsiylə təmin edilməsinin artıq məcburi hala gəlməsidir. Bu bağlamda Türkiyə xarici siyasətdə də tək seçənəkli , problem yaradan Suriya siyasətini tədricən dəyişdirmiş və Rusiya ilə uzlaşma yoluna gedərək Amerikaya qarşı ciddi manevr imkanı əldə etmişdir.

Zənnimcə, Türkiyənin başqa bir həmləsi də Kürdüstan proyektinə qarşı Şam- Bağdat-Ankara- Tehran ittifaqının İsrail üçün heç də arzulanan bir nəticə doğurmayacağını Teləvivə göstərməsi və İsrailin təhlükəsizlik qayğılarına qarşı Türkiyənin dostluğunu təklif edərək onu Kürdüstan dövləti fikrindən vazkeçməyə razı salmağa çalışması olmuşdur. Artıq İsrail qazının Türkiyəyə nəql edilməsi yönündə İsraillə danışıqlar da başlamışdır. Amerikanın İraq və Suriyada kürdlərə olan marağı artdıqca, PKK da Türkiyədə terror aktlarının şiddətini artırmışdır. Lakin getdikcə bütün qurum və quruluşları, müdafiə sənayesindəki genişlənən yatırımları ilə daha da müstəqilləşərək güclənən Türkiyə reallığı da ortadadır. 1998 –ci ildən etibarən Çəkic Güc çətiri altında Quzey İraqda formalaşdırılan Kürdüstan proyektinin Türkiyənin yeni təhlükəsizlik və xarici siyasət doktrinası ilə indilik durdurulduğunu qeyd etmək yerində bir təsbit olacaqdır. Ancaq unutmamalıyıq ki, Ortadoğu siyasət səhnəsi hər gün fərqli bir siyasi prosesə, qüvvələr nisbətinin, ittifaqların sürətlə dəyişməsinə şahid olmaqdadır.

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda