Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

QLOBAL MEDİA LAYİHƏLƏRİ, AZAD WI FI VƏ VAHİD İNSAN TİPİ

QLOBAL MEDİA LAYİHƏLƏRİ, AZAD WI FI VƏ VAHİD İNSAN TİPİ

Qlobal media layihələri müasir dünyamızın reallıqlarındandır. Həmin media layihələrinin tv, elektron və digər formaları var. Onları bu və ya digər şəkildə tv ekranlarından, elektron informasiya vasitələrindən görə bilirik. Bu, özünü xüsusi ilə düşüncə şoularında və əyləncə proqramlarında göstərir. Müxtəlif xalqların, ölkələrin media məkanlarında eyni layihələr, eyni oyunlar və eyni verilişlər. Məlumdur ki, müasir insanın fikirləşmə mexanizminə medianın təsiri güclüdür. Belə olan təqdirdə bu qlobal media layihələri sanki eyni düşünmə formatına malik olan insanların yetişdirilməsi ilə məşğuldur.

 Getdikcə onların vasitəsi ilə milli kimlik və özünü aid etmə fərqlilikləri silinir. Milli mentalitet anlayışı qlobal media layihələri vasitəsi ilə özünəməxsusluğunu itirir. Əlbəttə ki, ümumbəşəri ideyaların yayılması pis deyil. Ancaq məsələ orasındadır ki, qlobal media layihələrini həyata keçirən media nəhəngləri daha çox neo imperialist siyasəti ilə seçilən ölkələrdədir. Onların hazırladıqları verilişlərin bir çoxunda şüuraltı informasiyalar verilir. Hətta studia tərtibatlarındakı elementlər diqqəti cəlb edirlər. Düşüncəsi qloballaşan insanın düşünmə mexanizmləri bəlkə də dünyanı idarə etmək istəyən dərin dövlətlərin əlinə keçir.

 Düşüncəsi dəyişən insanın təbii ki, hissləri də, duyğuları da, sevincləri və kədərləri də dəyişir. Bəs vahid insan tipinin yaranmasında maraq nədir? Millətlər və xalqlar yaradılışları etibarilə fərqlilikləri ilə gözəldirlər. Fərqliliklər birləşdikdə və bu zaman öz halını itirmədikdə harmoniya olur. Amma öz halını itirdikdə assimilyasiya, sovrulma baş verir. Artıq idarəsi asan olan vahid bir insan tipi yaranır. Onun düşüncəsini, duyğusunu idarə etməyə müvəffəq olanlar onu istədikləri istiqamətə çevirə bilirlər. Bəzən millətinə düşmən hala gətirirlər.

 Son zamanlar çox izlənən bir serialda gözəl bir səhnə var. Orada monqolların müsəlman uşaqlarını manqurtlaşdırmaq istəyi göstərilir. Müasir dünyamızda nəzarət edilməyən qlobal media layihələri də müasir manqurtlaşdırma şəklidir.

 İstənilən ölkədə, istənilən şəhərdə ictimai nəqliyyatda eyni mənzərəni görürsən: telefondan ayrıla bilməyən gözlər, yüksək səsli qulaqcıqlarda musiqi dinləyən insanlar. Bu həzzin də qırılmaması üçün azad WI FI “cənnətləri”nin getdikcə artması. Təbii ki, son dediyim müsbət bir texniki ünsiyyət rahatlığıdır. Ancaq təəssüf ki, bəzən birincinin istifadəsinə girir.

 Zənnimcə, biz bu qlobal media layihələri təhlükəsini ciddiyə almalıyıq. Buna qarşı milli ənənəmizi, dini və kimlik düşüncəmizi, duyğularımızı təmsil edən layihələrlə ortaya qoymalıyıq. Təbii ki, ilk mərhələdə çətin olacaq. Amma hər çətinlikdən sonra asanlıqlar gəlir. Gələcək nəsillərimizi qlobal media canavarlarının əlinə verməmər.

 Bu arada, dünya çox qloballaşma hərəkatları yaşadı.. Son qloballaşmanın müəllifi isə bəllidir. Onun üçün fərqlilikləri silməyin üsulları yeni deyildir. Ta ki, bir qitənin köklü insanlarını tarixin arxivlərinə göndərməkdən, bütöv şəhərləri bir anlıqda məhv etməkdən keçir, onun yolu.

 Ona görə gərək biz də yolumuzu düz tutaq, nemətlərə doğru istiqamətlənək, müxtəlif şəkillərdə gələcəkdə bizə qarşı gələ biləcək olan qəzəb və azğınlıqlardan uzaq olaq.

Azər Hüseynov

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda