Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

AZADLIQ XÜLYASI VƏ YA AĞILLAR ÇAŞARSA

AZADLIQ XÜLYASI VƏ YA AĞILLAR ÇAŞARSA

Bu yaxınlarda “Psychology today” jurnalında dərc olunmuş, son dövrlərdə Qərb cəmiyyətində evlənmək istəməyən kişilərin, xüsusən də qadınların saylarının artmasının səbəblərini təsbit edən kiçik bir araşdırma diqqətimi çəkdi. Yazı uzun olsa da, xülasəsi budur ki, ailə qurmağın özü ilə birgə gətirdiyi öhdəliklər qadınların özlərini tam olaraq iş həyatına həsr etmələrinə imkan vermir. Həmçinin, normal maaş alan qadınlar lüzumsuz yerə kişilərin himayəsində yaşamaqla öz azadlıqlarına məhdudiyyət qoymaq istəmir, əvəzində müvəqqəti oğlan dostları ilə kifayətlənirlər. Kişilər də bəsit cinsi tələbatını təmin etmək üçün evlənmək, ata olmaq kimi ağır məsuliyyətin altına girməyə lüzum görmürlər. Subay qalmaqla bütün məsuliyyətlərdən azad olur, tək qadınla yaşamağa məhkum olub kənardakı münasibətlərini gizli saxlamaq məcburiyyətində olmurlar. 

 Səmimi desəm, bu yazını oxuyarkən heç təəccüblənmədim. Kişini pul qabı kimi görən qadın üçün ər, əlbəttə, əli pula çatana qədər lazım olacaq. Həyat yoldaşına bəsit bir seks partnyoru kimi baxan kişi isə, əlbəttə, evliliyi azad seksdən məhrum olmaq kimi alqılayacaq. Daha çox pul qazanaraq daha çox alış-veriş etmək, daha çox istehlak etmək, daha çox qadınlarla könül əyləndirməyi özü üçün ən əsas qayə hesab edən fərdlərdən ibarət cəmiyyətdə həyat yoldaşına qarşı bu cür münasibət, əlbəttə, təəccüb doğurmamalıdır.  Başları əyləncəyə qarışmış yazıq insanlar anlamırlar ki, saxta azadlıq nağılları ilə onları heyvan kimi instinktlərlə yaşamağa, daha sonra isə sosial-ictimai varlıq olmaqdan da çıxardıb, fərdiyyətçi zehniyyəti aşılayaraq heyvandan da aşağı səviyyəyə salmaq istəyirlər.

 Ailə cəmiyyətin ən sağlam təməlidir. Keyfiyyətli ailə münasibətləri üzərində inşa olunmuş sosial dəyərlər əsla məhv olmaz. Bunu çox yaxşı bilən müasir hakim ideologiya hər şeydən əvvəl qadın və kişi arasında güvən bağını qopartdı. Artıq qadın kişinin himayəsi altında yaşamağı özünə sığışdırmadı. Zamanla ailəsinə bağlı, ərinin sevgisini qazanmağa çalışan, övladlarının tərbiyəsini ofisdəki müdirə çay gətirməkdən daha dəyərli iş hesab edən, onun yalnız bədəni ilə maraqlanan yad kişilərlə nazlanaraq danışmaqdan həya edən qadınlar aciz, zəif və zavallı kimi təqdim edildilər. Nəticədə qadınlar ailə qurmaqdan soyudular. Karyera qurub, pul qazana bilən qadınlar havalara girdilər, özlərini güclü zənn etdilər. Kişi isə qadının asan əldə edilən bir nəsnəyə çevrildiyini gördükdə artıq evindəki xanımi ilə kifayətlənmədi. Əksinə uşaqlarının anasını daha çox qadınlara yiyələnməyinə bir maneə kimi gördü. Nəfsinə uymuş, aldadılmış ər və arvad nəinki bir-birinin sözünü boğazlarından keçirə bildilər, hətta bir-birindən yaxa qurtarmaq üçün bəhanələr belə axtarmağa başladılar. Nəticədə dağılan ailələrin, atasından bixəbər uşaqların, abort adı altında qətl edilən körpələrin və bala qatili anaların, məhkəmələrdə mülk üstündə bir-biri ilə boğuşan boşanmış cütlüklərin sayı artdı. Əlbəttə ki, bütün bunların təməlində kişi və qadının bir cəmiyyət daxilində ahəngli şəkildə fəaliyyət göstərən, bir-birini tamamlayan iki tərəf kimi yox, əksinə bir-biri ilə rəqabət aparan, hər cinsin özünə məxsus vəzifə və öhdəlikləri bəlli olmayan, hətta zaman-zaman bir-biri ilə kəllə-kəlləyə gələn, ədavət aparan, bir-birindən travma almış, bir-birinə kin bəsləyən iki tərəf kimi başa düşmək dayanır. 

 Zaman keçdikcə insanlar sanki sosial varlıq olmaqdan çıxıb bir-birindən qopuq, bir-birinin nəsihətini və qınağını vecinə almayan, bir-biri üçün fədakarlıq etməyə hazır olmayan, öz kefi üçün yaşayan fərdlərə çevrilirlər. Əsla məsuliyyət altına girməyi sevmirlər. Bu səbəbdən də kişi-qadın münasibətlərində minimumla (cinsi əlaqə ilə) kifayətlənir, ailə qrumağın məsuliyyətini daşımaq istəmirlər. “Mən bugün işləyim, qazanım, yeyib-içib gəzim, gələcək nəsillərin halı nə olur olsun” düşüncəsi ilə yaşayırlar. Qərb insanına bu ideologiya boş yerə aşılanmır. Fərdiyyətçi ruhda olan fərdləri idarə etmək, əlbəttə ki, dəyərlərindən güzəştə getməyən sosiumu idarə etməkdən çox daha asandır.

 Yuxarıda bəhs olunan meyllər ölkəmizdəki gənclər arasında, hələ ki, tam hakim olmasa da, bir çox gənc “azadlıq” adı altında aşılanan xülyanın təsiri altına düşüb. Bu tendensiyanın qarşısını almaq üçün hər bir vicdanlı, vətəninin, millətinin dərdini özünə dərd edən azərbaycanlı əlindən gələni əsirgəməməlidir.

 P.S. Bizim Azərbaycandakı cəmiyyətin də süddən çıxmış ağ qaşıq olmadığını bilirik. Bizim də özümüzə məxsus problemlərimiz var və tez-tez də bu problemlərə yazılarımızda toxunuruq.

 

Fərhad Hacıyev

 

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda