Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Ana, mən dünyaya necə gəldim?

Əksər ailələrdə tabu olan cinsi inkişaf mövzusu valideynlərin ən çox narahat olduğu və çətinlik çəkdikləri məsələlərdəndir. “Mən dünyaya haradan gəldim?”, “Mən necə doğuldum?” tipli suallar bir çox ana-atanı təşvişə salır; bəzi valideynlər “ayıb” deyib keçir, bəziləri “Böyüyəndə öyrənərsən” və ya “Səni hacıleylək gətirdi”, “Xəstəxanada gördük, çox xoşumuza gəldin, biz də aldıq” tipli ifadələrlə mövzunu bağlayır, bəzi valideynlər isə həqiqətləri izah etməyə çalışır, amma necə bir dildən istifadə etmək lazım olduğunu bilmir.

Halbuki uşağın cinsi inkişafı ən kiçik yaşlardan etibarən bəhs edilməli olan əhəmiyyətli bir məsələdir. Çünki cinsi inkişaf həyatın təbii bir hissəsidir. Bu mövzunu izah etmək uşağın sağlam psixoloji-sosial inkişafı üçün olduqca gərəklidir. Ana və atasından bu haqda doğru məlumat almayan uşaqlar ətraflı məlumatı yoldaşlarından, jurnallardan, internetdən əskik və səhv bir şəkildə öyrənəcəklər. Halbuki evdə keyfiyyətli və qənaətbəxş məlumat verdikdə uşaq kənardakı mənbələrdən istifadə etsə belə, yanlış məlumatları seçmə şansı olacaq.

Uşaqlara cinsi inkişaf mövzusu izah edilərkən bir sıra məsələlərə diqqət yetirilməlidir:
Suallarını soruşmağa başladığı ilk andan etibarən onunla yaxşı bir ünsiyyət qurun. Heç vaxt uşağınızın bu mövzudakı suallarına "Belə uyğunsuz şeyləri hardan eşitmisən?” , "Sən hələ balacasan, böyüyəndə bilərsən" şəklində cavab verməyin. Cinsi həyatın uyğunsuz və pis bir şey olduğuna inana bilər. Bu isə uşağın cinsi inkişafına mənfi təsir edər. Doğru cavablar verərək uşağın marağı aradan qaldırılmalıdır. 

Ona qarşı dürüst olun. "Leylək Hekayəsi" danışmaq əvəzinə, olanı sadə və başa düşəcəyi ifadələrlə izah edin.
Hər şeyi dərhal açıqlamayın və anlaya bilməyəcəyi detallara girməyin.
Suallarına verdiyiniz cavablarda onun yaşını əsas götürün. Marağını aradan qaldırarkən başını qarışdırmayın. Soruşduğu bir sualı cavablandırmaq üçün doğru kəlmələri tapmaqda çətinlik çəksəniz, o zaman "Mənə bir az icazə ver, sənə ən qısa zamanda cavab verəcəyəm" deyərək vaxt qazanın. Doğru mənbələrdən istifadə edərək və ya bir mütəxəssislə məsləhətləşərək məlumatlarınızı təsdiqləyin.

Uşağı maraqlandıran sualları elmi cümlələrlə açıqlamağa çalışın. Beləcə uyğun sözləri öyrədər və bu məsələlərdən danışmağın ayıb və ya qadağan olmadığı mesajını vermiş olarsınız. Həmçinin, beləcə övladınızla ünsiyyətə açıq olduğunuzu da göstərmiş olarsınız. 
Uşağınızın bu barədə sual verməsini dəstəkləyin və suallarını yaxşı anladığınızdan əmin olun. Cavab verməzdən əvvəl məsələ haqqında nə bildiyini sizə izah etməsini təmin edin, beləliklə sizdən istədiyinin tam olaraq nə olduğunu anlayacaqsınız. 

Hər zaman uşağınızın sizə sual verməsini də gözləməyin. Gündəlik həyatdakı hadisələrdən istifadə edərək mövzunu açın. Məsələn, əgər bir rəfiqəniz hamilədirsə, uşağınıza körpələrin haradan gəldiyini bilib-bilmədiyini soruşun. 

Amma uşaqları bu barədə danışmaları üçün də məcbur etməyin. Hər bir uşağın öz inkişaf ritmi var. "Gəl görək, səninlə cinsi inkişafdan danışaq" kimi yanaşmalar da heç vaxt müsbət nəticə verməyəcək. Bu, təbii bir proses içərisində müzakirə edilməlidir. Bu məqamda uşağınızın inkişaf dövrünü də nəzərə almağı unutmayın.

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda