Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

“Oliqarx” həbslərin mənfi və müsbət tərəfləri

Hamıya məlumdur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi son bir ayda Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər aparmışdır. Məlumatlara görə, iş üzrə 70-ə yaxın nüfuzlu iş adamı həbs olunmuş və bəziləri sonradan azadlığa buraxılmışdır. Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər və iş adamları tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.
Məlumatlara görə, fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxmışdır. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da, araşdırma zamanı məlum olub ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi. Məlum olub ki, problemin kökü əslində devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir. Araşdırma zamanı həm də üzə çıxıb ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi toplam 6 milyard manata yaxındır.
Baş verən bütün bu olaylar bəzi faktları ortaya çıxartmışdır. Amma bəzi faktlar və şübhəli məqamlar hələ də sual altında qalmaqdadır. İş adamlarının kütləvi həbslərinin Azərbaycan iqtisadiyyatı və Azərbaycan xalqı üçün bir sıra mənfi tərəfləri vardır. Bu həbslər onsuz da kövrək olan özəl sektora, sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurmaqdadır. Bu hadisələr, Azərbaycanda geniş vüsət alan manapolyanın var olduğunun əyani sübutudur. Əgər bir dövlətin tərkibində milyonlarla dollar pul vəsaiti bəzi insanların əlində cəmləşibdirsə bu o deməkdir ki, iqtisadiyyatın bir çox sahələri yalnız bəzi şəxslərin əlində cəmləşmişdir. Belə olduğu halda ölkədəki iqtisadiyyatın inkişafından söz açmaq tam olaraq yersiz bir məsələdir. Bu məsələnin əsas mənfi tərəfləri ondan ibarətdir ki, manapolya siyasəti ölkədə var olan digər kiçik və orta ölçülü sahibkarlığa mənfi təsir göstərərək onların fəaliyyətini sıxışdırmaqdadır. Manapolya iqtisadiyyatında istehsal olunan mal bazara çıxarıldığı zaman istehsalçı tərəfindən istənilən qiymətə istehlakçılara təklif edilməktədir. Bazarda o malın əvəzedicisi olmadığından dolayı istehlakçılar o malı təklif olunan qiymətə almaq məcburiyyətində qalır. Əgər həmin maldan az sayda istehsal olunubsa bu zaman mala istənilən qiymətin qoyulma ehtimalı daha da artmaqdadır. Manapolya iqtisadiyyatı haqsız rəqabət mühitinin ortaya çıxması üçün münbit şərait yaratmaqdadır. Belə olduğu halda heç bir rəqabətdən söz gedə bilməz. Rəqabət olmadığı halda isə heç bir inkişafdan söz gedə bilməz. Əgər həbs olunan iş adamlarının borç məbləğlərinə diqqət yetirsək həmin (6 milyard manat) məbləğin dövlət büdcə gəlirlərinin (http://www.azstat.org/MESearch/details) üçdə birinə bərabər olduğunu görə bilərik. Bu göstəricilər bizə onu deməyə əsas verir ki, ortada sözü gedən böyük məbləğdə pul miqdarı yalnız bəlli sayıda olan iş adamlarının əlində cəmləşmiş və bu vəsaitlər Azərbaycanda yaşayan toplumun rifahı üçün deyil yalnız şəxsi maraqların güdülməsi üçün sərf olunmuşdur. Bundan başka bu olaylar əsnasında bir sıra suallar ortaya çıxmaqdadır. Bu qədər məbləğdə pul vəsaiti hansı yollarla əldə edilib? Bu günə qədər dövlətin bu qədər iri həcmdə kreditlərdən xəbəri olmayıbmı? Dövlət nə üçün öncədən iri həcmdə kreditlərin verilməsinə razı olub? Nə üçün dövlət tərəfindən öncədən qabaqlayıcı tədbirlər görülməyib? Ən son sual isə, bu iş adamları bu qədər məbləğdə pul vəsaitinin hesabını hər iki dünyada necə verəcəklər?
İndi isə məsələnin müsbət tərəflərinə diqqət yetirək. Azərbaycanda hökm sürən manapolya iqtisadiyyatının varlığı mənfi tərəfləri bizə bu iqtisadiyyatın tam tərsi olan kiçik və orta ölçülü sahibkarlığın Azərbaycan üçün daha müsbət təsir göstərəcəyini sübut eləmiş oldu. Bidiyimiz kimi keçmişdən bugünə qədər bir sıra məşhur və tanınmış iqtisadçılar dövlətin iqtisadi inkişafı və toplumun rifah halının yüksəldilməsi üçün gərəkli olan kiçik və orta ölçülü sahibkarlığın, təşkilatların və şirkətlərin önəmindən bəhs ətmiş və bu haqda bir çox şərhlər vermişlərdir. Bu iqtisadçılara örnək olaraq Veblen, Commons, Norths, Kasper və s. bunun kimilərini söyləyə bilərik. Onların fikirlərinə görə kiçik və orta sahibkarlıq fəaliyyətləri, fərdi və ictimai təşkilatlar, şirkətlər dövlətin və dövləti təşkil edən toplumun rifahının yüksəldilməsində önəmli açar rolunu oynamaqdadır. Dünya təcrübəsi onu göstərir ki, kiçik və orta sahibkarlığın genişləndirilməsi və çoxaldılması aşağıda sadalanan problemlərin həllinə müsbət təsir göstərməktədir:
1. Əhalinin mallara və xidmətlərə olan tələbatının yüksək səviyyədə qarşılanması üçün azad rəqabət mexanizminin işə düşməsi;
2. Məhsulun, xidmətin və işin çeşidinin və keyfiyyətinin artırılması, konkret müştərilərə yönəldilməsi;
3. İqtisadiyyatın strukturunun yenidənqurulmasına təsiri, kiçik sahibkarlıq, iqtisadiyyata səfərbərlik, manevr və çeviklik keyfiyyətlərini bəxş edir;
4. Yeni və əlavə iş yerlərinin təşkil olunması, həmçinin təhlükəsizliyin aşağı salınması;
5. Şəxsiyyətin istedadının və yaradıcılıq qabiliyyətinin tam üzə çıxarılması,
6. Əhalinin müxtəlif qruplarının fəal işə cəlb olunması, sahibkarlığın hər bir növünün və elmi-texniki tərəqqinin inkişafının aktivləşdirilməsi;
Məsələn, ABŞ-da kiçik təşkilatlar ümumi daxili məhsulun 40 faizini, xüsusi sektorlarda isə ümumi daxili məhsulun yarıya qədərini təşkil edir. Kiçik təşkilatlar emal sənayesinin 21, tikintinin 80, topdansatış ticarətinin 86, xidmət sferasının 81 faizində fəaliyyət göstərir. Bu müəssisə və təşkilatlarda xüsusi sektorda çalışan işçilərin, demək olar ki, yarısı məşğuldur. Düzdür, Azərbaycanda kiçik və orta ölçülü sahibkarlar, təşkilat və müəssisələr vardır amma bunların önündə bir sıra maniyə və əngəllər də görünməkdədir. Əgər yeni bir müəssisə yaratmalı olsan uzun və çətin qayda və proseslərlə qarşılaşmalı olacaqsan. Azərbaycan da olan manapolya və inhisarcıların sayısının çox olması da kiçik və orta sahibkarlığın inkişafını əngəlləməktədir. İnhisarçı iqtisadi fəaliyyətlərə böyük məbləğdə pul vəsaitlərinin sərf olunmasına imkan yaratıldığı müddətcə digər sahibkarlıq fəaliyyətləri kölgədə qalacaqdır. Halbuki bu pullar vasitəsilə yüzlərlə yeni sahibkarlıq fəaliyyətləri, müəssisə və təşkilatlar açmaq olar. Bunun üçün dövlətin sərbəst bazar iqtisadiyyatına açıq olması lazımdır. Bundan başqa dövlətin iqtisadi cəhətdən yenilik və innovasiyalara hər zaman təşviq etməsi lazımdır. Həm də yeni müəssisələrin yaradılmasının qarşısındakı çətinliklərin aradan qaldırılması önəmli dərəcədə labüd bir haldır. Əlbətdəki, bücür olduğu halda, yeni iş yerlərinin açılması ölkədəki işsizlik səviyyəsinin maksimum dərəcədə azaltılmasına yardımcı olacaq və dövlətin iqtisadi inkişafına önəmli dərəcədə təkan verəcəktir.

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda