Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Təxirə salınmış Böyük Yaxın Şərq planı və Qətər problemi

Təxirə salınmış Böyük Yaxın Şərq planı və Qətər problemi

 Artıq bir həftədir ki, dünya gündəmi Səudiyyə Ərəbistanının rəhbərliyi ilə bir sıra ərəb ölkələrinin Qətərə tətbiq etdiyi embarqoları müzakirə edir. Müxtəlif səbəblər göstərilib, siyasi analizlər verilsə də əslində məsələnin mahiyyəti başqadır.

Öncə dünya mətbuatında yayılan səbəbləri sıralayaq, sonra isə əsil səbəbi ortaya qoyaq.

1. Qətərin Səudiyyə Ərəbistanının hazırda bir nömrəli düşməni olan İrana qarşı koalisiyada iştirak etməməsi;

2. Prezident seçildikdən sonra ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edən Amerika prezidenti Trampın ərəb ölkələrindən müxtəlif adlarla aldığı pulların ödənməsində iştirakdan imtina etməsi;

3. Türkiyəyə qarşı baş verən iqtisadi hücumlarda və çevriliş cəhdində AKP iqtidarına verdiyi dəstək;

4. Qətərin Müsəlman Qardaşları və Həmasa verdiyi dəstək və bu təşkilatları terrorçu olaraq tanımaması;

5. Suriyada müxtəlif müxalif qruplara verdiyi maddi dəstək.

 Yuxarıda sadaladığımız səbəblərə diqqət etdiyimiz zaman ilk bəndin təmamilə məsnədsiz və əsassız olduğunu çox asanlıqla başa düşə bilirik. Hətta Qətər əmirinin özü də bunu təkzib edərək mediada yer alan sözlərin ona aid olmadığını və Qətərin dövlət televiziyasının saytında dərc olunan sözlərin bir kiber hücum vasitəsilə oraya yerləşdirildiyini bildirdi.

İkinci göstərilən səbəb isə əslində bir qədər əsaslı görünsə də digər ərəb ölkələrinin də Səudiyyə Ərəbistanı kimi bu ödəmələrdə iştirak etmədiyini görmüş oluruq. Son üç bənd isə əslində daha əsaslı və üzərində durulması lazım olan səbəblərdir.

Bu bəndlərdə keçən səbəbləri daha dərindən anlamağımız bizə ümumilikdə Şərqdə nələr baş verdiyini dərk etməyimizə səbəb ola bilər. Bunun üçün isə bir neçə il əvvələ yəni 2000-ci illərin başlarına doğru qısa tarixi bir səyahət etməliyik.

Bildiyiniz kimi, 2002-ci ilin oktyabrında Türkiyədə AKP tək başına hakimiyyətə gəldi və Türkiyənin iqtisadi və siyasi böhranları bununla bitmiş oldu. Türkiyə həm iqtisadi cəhətdən, həm də xarici və daxili siyasət sahələrində inkişaf etməyə başladı. AKP və onun lideri Rəcəb Tayyib Ərdoğan bir – birinin ardınca əldə etdikləri iqtisadi və siyasi müvəffəqiyyətləri Türkiyəni və Ərdoğanı dünya liderinə çevirməyə başladı. 2009 – cu ilin yanvar ayında Davos Forumunda Ərdoğanın İsrail prezidenti Peresə qarşı çıxışı isə Ərəb və İslam aləmində Türkiyənin və Ərdoğanın mövqeyini daha da inkişaf etdirdi və Ərdoğan müsəlmanların qəhrəmanına, Türkiyə isə müsəman aləmi üçün bir model dövlətə çevrildi.

Əslində böyük güclərin AKP-ni Türkiyədə hakimiyyətə gətirmələrindəki əsas məqsəd də bu idi. Çünki diktatura rejimlərinin məngənəsində can çəkişən İslam aləminə model bir ölkəyə və model bir liderə ehtiyac var idi. Davos hadisəsindən az bir müddət sonra baş verən “Ərəb baharında” diktə rejimlərdən sonra hakimiyyətə gətirilən “Müsəlman qardaşları” təşkilatının qurduğu partiyalar əslində AKP modeli üzərində qurulmuşdu. Bu proqram Tunis, Liviya və Misirdə müvəffəq olsa da, Suriyada hesablar dəyişdi. Bütün bu inqilablar üçün maddi qaynaq olaraq da Qətər və media qolu olaraq Qətərdən yayımlanan “əl-Cəzirə” kanalı hazırlanmışdı.

Rəcəb Tayyib Ərdoğan və komandasının böyük güclərə qarşı baş qaldırmaları və yenidən Osmanlı imperatorluğunun canlandırılması üçün 2023 planları, Suriyada Türkiyənin əsas gücə çevrilmə istəyi, Osmanlı dövlətinin hakim olduğu dövlətlərdə yenidən nüfuz sahibi olmaq istəyi, İranın Sasani imperatorluğunu diriltmək üçün İraq, Suriya və Yəmənə olan müdaxilələri, Böyük Yaxın Şərq Proqramının təxirə salınmasına və hesabların yenilənməsinə səbəb oldu. Artıq Türkiyə modeli heç kəsə lazım deyildi və buna görə də “Ərəb baharında” hakimiyyətə gətirilən “Müsəlman qardaşları” təşkilatının qurduğu partiyalar müxtəlif yollarla hakimiyyətdən uzaqlaşdırıldı. Bu, Misirdə hərbi çevrilişlə, Tunisdə seçkilərlə, Liviyada isə dövlətin bölünməsi ilə baş verdi. Ancaq Türkiyədə bu mümkünsüz olmağa başlamışdı. Çünki hakimiyyətdə olduğu illər ərzində xalqın iqtisadi və sosial rifah halının yüksəldilməsini bacaran AKP iqtidarı həm də türk xalqının milli hisləri üzərinə bir çox şeyləri bina edə bilmişdi. AKP iqtidarı türk və türk olmayan xalqlar tərəfindən sevilirdi.

Türkiyədə AKP hakimiyyətinə qarşı ard – arda baş verən hücumlar, Gəzi hadisələri, 17 – 25 dekabr hadisələri və ən son isə 15 iyul çevriliş cəhdi böyük güclərə tabe olmayıb müstəqil siyasət yürütməyə çalışan Türkiyə iqtidarını diz çökdürmək üçün idi. Ancaq bu hadisələrdə heç bir kəsin hesaba almadığı planlar ortaya çıxdı və bütün planlar alt-üst etdi. Türkiyə ilə bu şəkildə bacara bilməyəcəklərini anlayanlar çətin zamanlarda Türkiyə iqtidarının, ümumilikdə isə “Müsəlman qardaşları” təşkilatının çizgisində dayanan bütün təşkilatların maliyyə mənbəyi mövqeyində olan Qətəri hədəfə adılar.

Hətta keçmiş MKİ əməkdaşı və hazırda yazar kimi fəaliyyət göstərən Mixail Rubinin bir neçə ay əvvəl atdığı tvitlərdə “Görəsən Qətərin pulu ilə ödənişləri edə bilmədiyi zaman Ərdoğanı neçə nəfər izləyəcək?” yazmışdı. Diqqət edirsinizsə artıq İran məsələsi unuduldu və Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyrin açıqlamasında sadəcə “Müsəlman qardaşları” vurğulandı. Əslində İran məsələsi sünni ərəbləri və İranın yayılım siyasətindən narazı olanları aldatmaq və diqqətlərini başqa yerə çəkməyə hesablanmış bir variant idi. Məsələnin mahiyyəti ərəb və İslam aləmində yüksələn siyasi İslamın maddi qaynaqlarını kəsmək və bununla da müsəlmanların siyasi bir güc olmalarının qarşısını ala bilməkdir. Bütün bunların başında duran əsas məqsəd isə Türkiyədəki AKP hakimiyyətini və ona maddi dəstək verən Qətəri bitirməkdir.

İntiqam Məmmədli

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda