Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Sosial şəbəkə-yoxsa bazar?!

Sosial şəbəkə-yoxsa bazar?!

 Çoxlarımızın sevimlisi olan “Yuxu” filmini yəqin ki, xatırlayırsınız. Deməli, baş qəhrəman Əliabbas yuxusunda görür ki, sahə rəisinin el diliylə desək “naçalnikin” qızını qaçırır. Səhər durub bu yuxunu nənəsinə danışır. Nənəsi isə etməyib tənbəllik, bunu məhəllə alverçisi olan orta yaşlı bir qadına nəql edir. Bu qadınsa söhbəti reallıqda baş veribmiş kimi qonşu arvadlara çatdırır. Beləcə söhbət gəlib bazara, daha doğrusu bazar arvadlarına çıxır. Bazardakı alverçi arvadlar əslində yuxu olan, bunlara real söhbət kimi gəlib çıxan məsələni axtarıb-araşdırmadan bir-birlərinə elə bəzəyib-düzəyib nəql edirlər ki, gəl görəsən. Birinin üstünə beşin yoxey on beşin qoyub danışırlar. Söhbət bütün qəsəbəyə yayılır və sonda gəlib “naçalnikin” qulağına çatır. Yazıq Əliabbasın bir yuxuya görə başına gəlməyən qalmır. Nəisə məqsədim heç də bütün filmi burada sizlərə nəql etmək deyil.

Keçək əsas məsələyə

Həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələrə. İndi düşünəcəksiz ki, yuxarıdakı məsələnin sosial şəbəkəyə nə aidiyyatı var? Son günlər sosial şəbəkələrdə özünə ziyalı deyənlərin, bəzən hətta həqiqi ziyalıların söhbətlərinə, statuslarına baxanda yuxarıda sözügedən filmi xatırlamaya bilmirəm. Bəli, artıq sosial şəbəkələrdən bazar qoxusu gəlir. Özünü ağıllı göstərməyə çalışan əksəriyyət ən yaxşı halda baş verən siyasi hadisələrə mənasız şərhlər verməklə məşğuldurlar. Ən yaxşı halda dedim, çünki son günlər baş verən iyrəncliklərə nəzər salanda belələrinə görə şükr etməli olduğumuzu düşünürəm.

İşi-gücü süni reytinq toplamaq olan və özlərini jurnalist hesab edən şəxslər, oxucu, izləyici deyib az qala dilənən saytlar hər eşitdikləri dedi-qodunu bazar arvadları kimi bazara çıxarmaqla məşğuldurlar. Tutaq ki, yazdıqlarınız həqiqətdir. Bəs yazdıqlarınızın ictimai əhəmiyyəti varmı? Bu yazdıqlarınızla cəmiyyətə nə kimi fayda verəcəksiniz? Heç düşünürsünüzmü? Əlbəttə düşünmürsünüz. Çünki, qeybət qırmaqdan, süni oxucu toplamaq xətrinə ağzınıza və ağlınıza gələni yazmaqdan düşünməyə vaxtınız qalmır. Ən pis halda isə düşüncə qabiliyyətini itirmisiniz. Yazıq sizlərin halına...

Peşəkarlar sizə nə olub axı?

Heç bir əxlaqa, mentalitetə, milli dəyərlərə sığmayan rüsvayedici hadisələri xəbər deyə camaata sırıyanların məqsəd və vəzifələri hər kəsə gün kimi aydındır. Bəs sizə nə olub ay peşəkar jurnalistlər, ya da özünə peşəkar deyən illərin jurnalistləri?! Sizin ki, reklama, süni oxucu kütləsinə ehtiyacınız yoxdur. Bu xalqa cəmiyyətə hörmət qoymursunuz heç olmasa özünüzə, fəaliyyətinizə hörmət qoyun. Təsəvvür edin, illərdir izlədiyimiz, peşəkarlığına şübhə etmədiyimiz saytlar belə bu cür qeyri-etik xəbərləri yayırlar. Budurmu sizin bu xalqa, cəmiyyətə verdiyiniz “töhvə”?

Hansısa rayonda əmi qardaşı qızını qaçırdı, nə bilim qız toy gecəsi başqasına qoşulub qaçdı, üç uşaq anası başqa kişiylə qaçdı və s... Göstərin bu tipli xəbərlərin ictimai əhəmiyyətini mənə. Əgər varsa...

Sizlər də süni reytinq dalıyca qaçırsınızsa oxucu üzünə həsrət qalanları niyə qınayaq ki?!

Hələ bu tipli xəbərləri manşetlərə verən illərin baş redaktorları, heç kiminsə haqqına girməkdən qorxmursunuz? Təqdim etdiyiniz xəbərləri sonradan araşdıranda altından tamamilə başqa məqamlar çıxır. Əksər hallarda məlum olur ki, xəbər sadəcə kiminsə eşitdiyi dedi-qodudan ibarət imiş. Hər eşitdiyinizi bu cəmiyyətə xəbər deyə sırımayın,bəylər!

Bu tipli xəbərlərlə ölkə gündəmini zəbt etmək üçün əllərindən gələni əsirgəməyənlər hətta deputatlardan, rəsmi qurumlardan açıqlama, münasibət tələb etməyə belə çəkinmirlər. Onları anladıq da həmin deputatların bu cür mövzularda açıqlamalar verməyi özlərinə necə yaraşdırdıqlarını heç cür anlaya bilmədim. Ya bu cür adamlar süni xəbərlərlə ölkə gündəmini zəbt edib camaatın başını qatmağa çalışırlar, ya da cəmiyyətin gözünü bu cür əxlaqsızlıqlara öyrəşdirib insanları azdırmağa xidmət edirlər.

Bəs cəmiyyətə nə olub ki ...?

Əksəriyyətinin şəxsi həyatını araşdırsan, dastan yazarsan. Amma sosial şəbəkədə hamı əjdahaya çevrilir nədənsə. Çox gözəl bir məsəl var: “Özünə umac ova bilməyən başqasına əriştə kəsir”. Hazırda sosial şəbəkə fəallarının əksəriyyətinin durumu tam da budur. Ancaq ağıl öyrətməklə məşğuldurlar. Baş verənlərin canlı şahidləriymişlər kimi, elə şövqlə məsələyə münasibət bildirirlər ki, sanki ekspert rəyi verirlər. Bəsdirin bazar arvadlarının dedi-qodularını ictimai müzakirələrə çıxardığınız. Bir az düşünün, xanımlar və bəylər. Dərindən düşünün. Bəlkə anlayarsınız...

Rəbiyyə SÜLEYMAN

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda