Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişiklik edildi

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyası rəyini açıqlayıb. 

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, komissiyaya 449 abituriyent (bütün imtahan verənlərin 1,87%-i) 1500-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib. 

 

Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilmiş və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

 

Apelyasiyaya müraciət edənlərdən 51 abituriyentin (bütün imtahan verənlərin 0,21%-i) cəmi 54 tapşırıq (bütün tapşırıqların 0,025%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

 

Apelyasiya Komissiyasının qərarı ilə fizika fənni üzrə situasiya məsələsinin üçüncü tapşırığının (I qrup üzrə 60, IV qrup üzrə 90 nömrəli tapşırıq) qiymətləndirmə meyarının 1 ballıq şkalasında B bəndində əks olunan hallardan cup = frac{3}{2}Delta ho upsilon halı 2 (tam) ballıq şkalaya keçirilmiş və yazı işi bu hala uyğun olan 370 şagirdin nəticəsində müvafiq dəyişiklik edilmişdir. Həmçinin, Apelyasiya Komissiyasının qərarı ilə I ixtisas qrupunda kimya fənni üzrə situasiya məsələsinin birinci tapşırığına (B və D variantlarında 88 nömrəli) cavab olaraq “amorf kükürd” yazmış 39 şagirdin həmin tapşırıq üzrə işi 2 (tam) balla qiymətləndirilib.

 

Abituriyentlərin (o cümlədən Apelyasiya Komissiyasına müraciət etməmiş, lakin qeyd olunan tapşırıqlarla bağlı qiymətləndirmə meyarlarına edilən dəyişikliklə əlaqədar nəticələri dəyişən) nəzərinə çatdırırıq ki, lazımi dəyişikliklər onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb və imtahan nəticələri yenilənib. Nəticələri dəyişən və Apelyasiya Komissiyasına müraciət etməyən şəxslərin telefon nömrələrinə bununla bağlı SMS xəbərdarlıq göndərilib.

 

Məlumat üçün bildiririk ki, I və IV qruplar üzrə qəbul imtahanlarında 24000-dən çox şagird iştirak etmişdir və bu şagirdlərin ümumilikdə 216000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda